Məhkəmə qərarları › İş №2(020)-132/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-132/2024

23.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-132/2024 23.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin sədri Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlu ** fevral 2005-ci ildə anadan olmuş oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, yəni şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu ** fevral 2005-ci ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəsini müdafiə etdi və göstərdi ki, oğlu ** fevral 2005-ci ildə anadan olmuş X4 ilə birlikdə yaşayır. Oğlu əqli və fiziki cəəhətdən kəmağıldır. Hazırda isə əmlaklarının adlarına sənədləşmələrin aparılması üçün Notariat kontoruna, Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına müraciət etmişdir. Ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sənədləşmə işləri aparmaq üçün Elmir tam fəaliyyət qabiliyyətsizdir. Sənədləşmə işlərini aparmaq, yəni dinləmək, yazı yazmaq, imza etmək iqtidarında deyildir. Onun adından imza etmək və sənədləşmə aparmaq üçün Səxavətin fəaliyyət qabiliyyətsiz hesab edilməsi lazımdır. Oğlu çox ağır xəstədir. Ona görə də oğlu ** fevral 2005-ci ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və X9 Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 ** fevral 2005-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB” Publik Hüquqi şəxsi “Beyləqan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 69* saylı, 26 aprel 2022-ci il tarixli tibbi arayışından görünürki, Beyləqan rayonu, Əhmədli kənd sakini **.02.2005-ci il təvəllüdlü X4 xx.xx.2007-ci il tarixdən Beyləqan RMX-da “Uşaq serebral iflici. Teiraparetik forma. Spastik tetraparez. Əqli və nitq inkişafının kobud geri qalması” diaqnozu ilə xəstədir və dispanser qeydiyyatındadır. İşə əlavə olunmuş Azərbaycan Respuplikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli, 4034 saylı rəyindən görünür ki, X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 əziyyət çəkir və hazırda onda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. X* fəaliyyət qabiliyyətinin olmaması işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 3*8.2-ci madəssinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin üz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 3*7.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. ** fevral 2005-ci ildə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar