Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1322/2023 07.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs DİN-nin BDYPİ-nin Ağcabədi rayon 6 saylı RQBİ və X*rşı *992ci il buraxılışlı, «Qaz -53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşının mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun *992-ci il buraxılışlı, «Qaz -53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşın üzərində mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən Ərizəçi məhkəməyə ərizə təqdim edərək, hazırki mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Maraqlı tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan hazırki məhkəmə iclasına gəlməmiş vəya nümayəndəsini göndərməmiş və işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.**-ci maddəsində göstərilir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. İş üzrə maraqlı tərəf məhkəmə iclasına gəlməmiş, mahiyyəti üzrə işə baxılmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Ərizəçiyə adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 268.*-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs DİN-nin BDYPİ-nin Ağcabədi rayon 6 saylı RQBİ və X*rşı *992-ci il buraxılışlı, «Qaz -53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşının mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçinin dövlət rüsumu kimi ödəmiş olduğu *00 manat pul özünə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər Qərardaddan onun sürəti tərəfə rəsmi qaydada verildiyindən sonra *0 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1322/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1322/2023
07.08.2023 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver