Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1354/2023 04.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair Beyləqan rayon məhkəməsində iddia qaldırmışdır. Hazırki məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi Yevlax şəhəri, F.Əmirov küçəsi, mənzil 20 ünvanında qeydiyatdadır, həmçinin Maraqlı şəxs isə Yevlax şəhəri, E.Ağayev döngə 1, mənzil 9 ünvanında qeydiyyatdadır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Lakin Ərizəçi və Maraqlı şəxs hər ikisi məhkəməyə teleqram göndərərək mülki işə onların iştirakları olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. İş materaillarına əlavə edilmiş Ərizəçi elektron şəxsi məlumatlarından görünür ki, ərizəçinin qeydiyyat ünvanı ünvan 1 şəxs Maraqlı şəxs elektron şəxsi məlumatlarından görünür ki, maraqlı şəxsin qeydiyyat ünvanı ünvan 2 Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işin baxılması Yevlax rayon məhkəməsinə aid olduğundan mülki iş baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə isə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Belə olan halda Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki iş baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilsin. Qərardaddan onun surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1354/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1354/2023
04.07.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver