Məhkəmə qərarları › İş №2(020)-1361/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1361/2023

07.07.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1361/2023 07.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı tərəf- Maraqlı şəxs 11 sentyabr 2013-cü il tarixində Beyləqan rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və aliment tələbi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 21 may 2023-cü il il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, maraqlı şəxs Ərizəçi Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 11 sentyabr 2013-cü il tarixində Beyləqan rayon Qeydiyyat şöbəsində qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2014-cü ildə Nurlan, 08 mart 2016-cı ildə Nərgiz, xx.xx.2022-ci ildə isə Ömər adlı uşaqları anadan olmuşdur. Aralarında olan ər-arvad münasibətləri xeyli vaxtdır ki, tamamilə kəsilmişdir, bir ailə kimi yaşamırlar. Maraqlı şəxs boşanma və aliment tutulması ilə bağlı olaraq ilkin olaraq mediasiya şurasına müraciət olunmuş, Maraqlı şəxs uşaqları üçün hər ay hər uşağa görə 90 manat alimenti ödəməyə razılığını bildirmiş və bununla bağlı olaraq Mediasiya şurasında xx.xx.2023-cü il tarixdə Barışıq sazişi imzalanmışdır. Ona görə də, maraqlı tərəf- Maraqlı şəxs 11 sentyabr 2013-cü il tarixində Beyləqan rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və aliment tələbi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 21 may 2023-cü il il tarixli Barışıq sazişinin təsdiq edilməsi edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı tərəf məhkəmə iclasına gəlmədiyindən, lakin məhkəməyə ərizəni qəbul etdiyinə dair teleqrama göndərdiyindən məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs 11 sentyabr 2013-cü il tarixində Beyləqan rayon Qeydiyyat şöbəsində qeyd etdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən çıxarışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə Nurlan, 08 mart 2016-cı ildə Nərgiz, xx.xx.2022-ci ildə isə Ömər adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 21 may 2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxs ilə 11 sentyabr 2013-cü il tarixində Beyləqan rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulmasına və Maraqlı şəxs xx.xx.2014-cü ildə anadan olan X3, 08 mart 2016-cı ildə anadan olan X4 və xx.xx.2022-ci ildə anadan olan X1 üçün hər ay hər uşağa görə 90 manat alimentin onun xeyrinə tutulmasına və həmin uşaqların onun himayəsində qalmasına razılaşmışdır. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büir. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 21 may 2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları iləMaraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış 21 may 2023-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs 11 sentyabr 2013-cü il tarixində Beyləqan rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə anadan olan X3, 08 mart 2016-cı ildə anadan olan X4 və xx.xx.2022-ci ildə anadan olan X2 yanında qalmalarının müəyyən edilməsi və Maraqlı şəxs Ərizəçi xeyrinə xx.xx.2014-cü ildə anadan olan X3, 08 mart 2016cı ildə anadan olan X4 və xx.xx.2022-ci ildə anadan olan X1 üçün hər ay hər uşağa görə 90 (doxsan)manat alimentin tutulması barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 21 may 2023-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar