Məhkəmə qərarları › İş №2(020)-1373/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1373/2023

17.07.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1373/2023 17.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı tərəf Maraqlı şəxs ilə 12 iyul 2013- cü ildə Beyləqan rayon İHB- nin 1-ci Şahsevən İƏD- üzrə nümayəndəliyində bağlanmış nikahlarının pozulması, birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olan Saday, xx.xx.2013- cü ildə anadan olan Ramal, xx.xx.2015- ci ildə anadan olan Röya, xx.xx.2021-ci ildə anadan olan Ülvi adlı uşaqlarının onun himayəsində olmaları və həmin uşaqların saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 manat alimentin onun xeyrinə tutulması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, maraqlı tərəf Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 12 iyul 2013-cü il tərixində Beyləqan rayon İHB-nin 1-ci Şahsevən İƏD- üzrə nümayəndəliyində rəsimləşdirmişlər. Birgə nikahlarından xx.xx.2012- ci ildə Saday, xx.xx.2013- cü ildə Ramal, xx.xx.2015- ci ildə Röya, xx.xx.2021- ci ildə Ülvi adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə münasibətləri illərdir tamami ilə kəsilmişdir. Nikahları formal xarakter daşıyır. O, mediasiya şurasına nikahın pozulması ilə bağlı müraciət etmişdir. Maraqlı şəxsla nikahın pozulmasına və alimentin ödənilməsinə razığa gəlmişlər. Mediatorun iştirakı ilə aralarında barışıq sazişi bağanmışdır. Maraqlı şəxs ilə arasında bağlanmış nikah barışıq üçün vaxt verilmədən və nikahın pozulmasının səbəbləri araşdırılmadan ləğv edilməsində israrlıdır. Maraqlı şəxs ilə uşaqlarının görüşünə şərait yaradacaqdır. Ona görə də, maraqlı tərəf Maraqlı şəxs ilə 12 iyul 2013- cü ildə Beyləqan rayon İHB-nin İ Şahsevən İƏD- üzrə nümayəndəliyində bağlanmış nikahlarının pozulması, birgə nikahlarından xx.xx.2012- ci ildə anadan olan Saday, xx.xx.2013-cü ildə anadan olan Ramal, xx.xx.2015-ci ildə anadan olan Röya, xx.xx.2021-ci ildə anadan olan Ülvi adlı uşaqlarının onun himayəsində olmaları və həmin uşaqların saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 manat alimentin onun xeyrinə tutulması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs iddianı qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə nikahlarını 12 iyul 2013cü ildə Beyləqan rayon İHB- nin 1-ci Şahsevən İƏD üzrə nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahdan dörd uşaqları dünyaya gəlmişdir. Ərizəçi ilə aralarında mediasiya şurasında bağlanmış 09 may 2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki,ərizə təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını 12 iyul 2013- cü ildə Beyləqan rayon İHB- nin 1-ci Şahsevən İƏD- üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2012-ci ildə Saday, xx.xx.2013-cü ildə Ramal, xx.xx.2015-ci ildə Röya, xx.xx.2021- ci ildə Ülvi adlı uşaqları anadan olmuşdur. İşdə olan Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 tərəfindən tərtib olunmuş 09 may 2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxs ilə 12 iyul 2013-cü ildə Beyləqan rayon İHB- nin İ Şahsevən İƏD- üzrə nümayəndəliyində bağlanmış nikahın pozulmasına və Maraqlı şəxs xx.xx.2012-ci ildə anadan olan Saday, xx.xx.2013- cü ildə anadan olan Ramal, xx.xx.2015-ci ildə anadan olan Röya və xx.xx.2021-ci ildə anadan olan Ülvi adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 100 manat alimentin onun xeyrinə tutulmasına və həmin uşaqların ərizəçinin himayəsində qalmasına razılaşmışlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 tərəfindən tərtib olunmuş 09 may 2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs arasında 12 iyul 2013-cü ildə Beyləqan rayon İHB-nin İ Şahsevən İƏD üzrə nümayəndəliyində bağlanmış nikahlarının pozulması, birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olan Saday, xx.xx.2013-cü ildə anadan olan Ramal, xx.xx.2015-ci ildə anadan olan Röya, xx.xx.2021-ci ildə anadan olan Ülvi adlı uşaqlarının ərizəçinin himayəsində olmaları və həmin uşaqların saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 manat alimentin onun xeyrinə tutulması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 68 (altmış səkkiz) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar