Məhkəmə qərarları › İş №2(020)-1388/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1388/2023

19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1388/2023 19.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə vermişlər. İş baxılması üçün 19 sentyabr 2023-cü il tarixə təyin olunaraq ərizəçilər və maraqlı tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Buna baxmayaraq ərizəçilər məhkəmə iclasına gəlməmiş, maraqlı tərəf isə nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Həmçinin ərizəçilər işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. ərizəçilər və maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən məhkəmə ərizənin baxılmamış saxlanılmasını qanuna müvafiq hesab edir. Ərizəçilərə adı çəkilən Məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi ərizəçilər və maraqlı tərəfin vəkalətli nümayəndəsi məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərindən ərizə baxılmamış saxlanılsın. Ərizəçilər tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul özünə qaytarılsın. Ərizəçilərə izah edilsin ki, ərizənin baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar