Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1407/2025 05.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadli Məmmədşah Elburus oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Beyləqan Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Beyləqan Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, *5 fevral 2**4-cü il tarixdə anadan olmuş oğlu X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X5 *5 fevral 2**4-cü il tarixdə Beyləqan rayonunun, Əlinəzərli kəndində anadan olmuşdur. Təyyar Əliyev anadangəlmə əmək qabiliyyətsizdir. Belə ki, oğlu “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici, tetraparetik forma. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, psixi və fiziki inkişafın geriliyi, paralitik yeriş, yerişin pozulması. Nistaqm və gözlərin digər qeyri-adi hərəkətləri, Anadangəlmə nistaqm (ağır dərəcəli).” xəstəliyindən əziyyət çəkir. Hazırda oğlunun yetkinlik yaşına çatmasına baxmayaraq, 1-ci qrup əlildir və özünü idarə edə bilmir. Onun başqasının qulluğuna ehtiyacı vardır. Təyyarın yaşı artıqca onun səhhətində olan Şizofrenik əlamətlər dahada kəskinləşdiyindən onu daima nəzarətdə saxlayır. Hazırda tam fəaliyyət qabiliyyətsizdir. Ambulator və stosionar şəraitdə daimi olaraq müxtəlif xəstəxanalarda müalicələrdə olmuşdur. Uşaqlıqdan etibarən Beyləqan RMX-da daimi qeydiyyatdadır. O, oğlu Təyyarın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə işləri üzrə Komissiyasına müraciət etsə də ona bu barədə mütləq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Beyləqan Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 Ərizəçi *5 fevral 2**4-cü il təvəlllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ seriyalı 424564 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, *5 fevral 2**4-cü il təvəlllüdlü X1 atası X6, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 *9 sentyabr 2*25-ci il tarixli 3*37 saylı rəyindən görünür ki, X2 uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilir. X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 3*5.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, *5 fevral 2**4-cü il təvəlllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 233, 36*cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. *5 fevral 2**4-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №2(020)-1407/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1407/2025
05.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver