Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1429/2023 08.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı tərtib olunmuş aktın ləğv edilməsi və maddi ziyanın silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 303811 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 720.72 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Cavabdeh-nin əməkdaşları tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evinin elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı güya həyətyanı torpaq sahəsindən keçən elektrik xəttdən elektrik götürməyi aşkar edildiyinə görə Cavabdeh-nin əməkdaşları tərəfindən akt tərtib edilmiş və həmin akta əsasən cərimə yazılmışdır. Cavabdeh-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 303811 nömrəli aktdan görünür ki, həyətyanı torpaq sahəsindən keçən elektrik xəttdən elektrik götürülmüşdür. Onun həmin kənar xəttdən heç bir xəbəri olmamışdır. Ümumiyətlə o, heç bir vaxt sayğacdan kənər xəttdən istifadə etməmişdir. Gələn işıq pulunu vaxtı vaxtında ödəmiş və hazırda işıq pulu borcu yoxdur. Odur ki, cavabdeh 'Azərişıq' ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli, 303811 saylı aktın ləğv edilməsi və mənə akt əsasında hesablanmış 720.72 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstrəmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. "xxxx" ASC-nin nümayəndəsi Zeyqam Mərdəliyev məhkəməyə iddiaya qarşı etiraz göndərərək iddiaçının sayğacdan kənar xətt vasitəsilə elektirik enerjisindən istifadə etdiyini və barəsində düzgün olaraq akt tərtib edildiyini göstərmiş, iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Aran RETSİ sayğacquraşdırma və Uçota nəzarət sektorunun əməkdaşı X1 şəbəkəsinin əməkdaşı X3 ifadələrində göstərdilər ki, 27.06. 2023-cü il tarixdə iddiaçının yaşadığı evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının sayğacına sxemindən kənar faza xətti daxil olmaqla kənar xətt vasitəsilə X2 etməsi faktı aşkar olunmuşdur. Kənar xətti görməsələr də bu hal kənar xəttdən keçən yükü amper maşayla yoxlayarkən məlum olmuşdur. İşdə olan “X2 qaydalarına riayət olunmasının yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli, 303811 saylı aktın surətindən görünür ki, istehlakçılar tərəfindən İşıqdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı X5 məxsus Beyləqan şəhəri S.İmrəliyev küçəsi ev-5 də yerləşən yaşayış evinə quraşdırlmış sayğaca baxış keçrilərkən iddiaçının sayğacına sxemindən kənar faza xətti daxil olmaqla kənar xətt vasitəsilə X2 etməsi faktı aşkar olunmuşdur. İşdə olan Abonentin Saldosunun surətindən görünür ki, iddiaçı X5 akt üzrə 720.72 manat məbləğində sayğacdan kənar xətdən istifadə ilə bağlı ziyan hesablanmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yaşayan İddiaçı məxsus yaşayış evinin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçrilmişdir. Baxış zamanı İddiaçı sayğacdan kənar xətdən istifadə etdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akta İddiaçı imza etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş X2 Qaydalarının 7.10-cu maddəsində qeyd olunmuşdur ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinəəsasən mülki hüquqi və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görəmüqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dovlət hakimiyyəti və yerli ozunuidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın uzərinə düşür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə iddiaçı izahatında etiraf etməsə də onun sayğacdan kənar xətdən istifadə etməsi iş materialları ilə qismən də olsa sübuta yetmişdir. İddiaçının kənar xətdən istifadə etməsi nəticəsində onun qeyri-yaşayış binasına quraşdırılmış hesablaşma elektrik sayğacını zədələməsi və sayğacdan çıxarması halı müəyyən edilməmişdir. Cavabdeh təşkilatın nümayəndələrinin tərtib etdiyi aktda da belə bir halın mövcud olması öz əksini tapmamışdır. Bütün bu hallarla yanaşı cavabdeh təşkilata iddiaçının sayğacdan kənar xətdən istifadə etməsi nəticəsində zərər vurulması qismən də olsa sübuta yetmişdir. Ona görə də iddiaçı qismən də olsa həmin sayğaca müdaxiləyə görə məsuliyyət daşımalıdır. Çünki iddiaçının həmin sayğaca olan müdaxiləsindən məlumatlı olması, lakin cavabdeh təşkilata məlumat verməməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmədə müəyyən edildi ki, iddiaçı sayğacdan kənar xətdən istifadə etmədiyi halda hər ay təxminən 5-10 manat dəyərində X2 etmiş və istifadə etdiyi enerjinin dəyərini ödəmişdir. Belə olan halda ona həddən artıq yüksək məbləğdə, yəni 720.72 manat məbləğində ziyan hesablanmışdır. Ona görə də iddia qismən təmin edilməli, həmin məbləğ azaddılmaqla 100 manat məbləğində saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı barəsində sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı Azərişıq” ASC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 303811 saylı aktı qismən ləğv edilsin. xx.xx.2023-cü il tarixli, 303811 saylı akt əsasən hesablanmış ziyanın məbləği azaldılaraq 100 ( bir yüz) manat həcmində saxlanılsın. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1429/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1429/2023
08.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver