Məhkəmə qərarları › İş №2(020)-1452/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1452/2023

10.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1452/2023 10.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi və digər ərizəçilərin vəkalətli nümayəndəsi Ərizəçi8 iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi7, Ərizəçi5, Ərizəçi1, Ərizəçi8, Ərizəçi10, Ərizəçi6, X4, Xabibullayeva (Sərvərova) Nərminə Rəşəddin qızı, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 70 nömrəli qərarına əsasən Ərizəçi7 Mövlud qızının, X13, X16, Ərizəçi8 Məhəmməd oğlu, X24, Ərizəçi6 Məhəmməd oğlu, X14, X20, X21 və X10 adlarına verilmiş «Torpağın mülkiyyət hüququna dair» J№-0093: kod: 60710028 saylı Dövlət aktındakı qeydlərin Ərizəçi7, Ərizəçi5, Ərizəçi1, Ərizəçi8, Ərizəçi10, Ərizəçi6, X4, Xabibullayeva (Sərvərova) Nərminə Rəşəddin qızı, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi və digər ərizəçilər Ərizəçi7, Ərizəçi1 və Ərizəçi6 vəkalətli nümayəndəsi Ərizəçi8 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 70 nömrəli qərarına əsasən J№-0093: kod: 60710028 nömrəli dövlət aktı ilə 3.78 ha pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında o, Ərizəçi8 olduğu səhvən Ərizəçi8 Məhəmməd oğlu kimi, Ərizəçi7 səhvən Ərizəçi7 Mövlud qızı kimi, Ərizəçi5 səhvən X22 kimi, Ərizəçi1 səhvən X3, Ərizəçi10 səhvən X6, Ərizəçi6 səhvən Ərizəçi6 Məhəmməd oğlu kimi, X1 X23 kimi, Xabibullayeva (Sərvərova) Nərminə Rəşəddin qızı səhvən X9, Ərizəçi3 səhvən X5, Ərizəçi4 səhvən X7 qeyd edilmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin Dövlət aktı ilə şəxsiyyət vəsiqələrinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 70 nömrəli qərarına əsasən Ərizəçi7 Mövlud qızının, X13, X16, Ərizəçi8 Məhəmməd oğlu, X24, Ərizəçi6 Məhəmməd oğlu, X14, X20, X11 və X10 adlarına verilmiş «Torpağın mülkiyyət hüququna dair» J№-0093: kod: 60710028 saylı Dövlət aktındakı qeydlərin Ərizəçi7, Ərizəçi5, Ərizəçi1, Ərizəçi8, Ərizəçi10, Ərizəçi6, X4, Xabibullayeva (Sərvərova) Nərminə Rəşəddin qızı, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin vəkalətli nmayəndəsinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət aktından görünür ki, ərizəçilər və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 70 nömrəli qərarına əsasən J№-0093: kod: 60710028 nömrəli dövlət aktı ilə 3.78 ha pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında Ərizəçi8 səhvən Ərizəçi8 Məhəmməd oğlu kimi, Ərizəçi7 səhvən Ərizəçi7 Mövlud qızı kimi, Ərizəçi5 səhvən X22 kimi, Ərizəçi1 səhvən X3, Ərizəçi10 səhvən X6, Ərizəçi6 səhvən Ərizəçi6 Məhəmməd oğlu kimi, X1 X23 kimi, Xabibullayeva (Sərvərova) Nərminə Rəşəddin qızı səhvən X9, Ərizəçi3 səhvən X5, Ərizəçi4 səhvən X7 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi7 xx.xx.1948-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1975-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi8 xx.xx.1977-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi6 xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1989-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1995-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1975-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi10 xx.xx.1981-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X4 xx.xx.1987-ci ildə anadan olmuşdur. İş materiallarına nikah haqqındda şəhadətnamənin surətindən görünür ki, ərizəçi X17 xx.xx.2013-cü ildə X38 ailə qurduqdan sonra Aslanova soyadını daşımışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, ərizəçi Mahmudova (Fərzliyeva) Hənifə Teymurqəli qızı xx.xx.1991-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, ərizəçi Bəyzadayeva (Fərzliyeva) Sevinc Teymurqəli qızı xx.xx.1983-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X18 04 sentyabr 2014-cü ildə X34 ilə ailə qurduqdan sonra Novruzova soyadını daşımışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X28 05 mart 1997-ci ildə X2 ilə ailə qurduqdan sonra Xabibullayeva soyadını daşımışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X16 22 mart 2005-ci ildə X35 ilə ailə qurduqdan sonra Rüstəmova soyadını daşımışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin məktubundan görünür ki, ərizəçilər J№- 0093; kod: 60710028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilər və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 70 nömrəli qərarına əsasən J№-0093: kod: 60710028 nömrəli dövlət aktı ilə 3.78 ha pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında Ərizəçi8 səhvən Ərizəçi8 Məhəmməd oğlu kimi, Ərizəçi7 səhvən Ərizəçi7 Mövlud qızı kimi, Ərizəçi5 səhvən X22 kimi, Ərizəçi1 səhvən X3, Ərizəçi10 səhvən X6, Ərizəçi6 səhvən Ərizəçi6 Məhəmməd oğlu kimi, X1 X23 kimi, Xabibullayeva (Sərvərova) Nərminə Rəşəddin qızı səhvən X9, Ərizəçi3 səhvən X5, Ərizəçi4 səhvən X7 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 70 nömrəli qərarına əsasən Ərizəçi7 Mövlud qızının, X15, X19, Ərizəçi8 Məhəmməd oğlu, X24, Ərizəçi6 Məhəmməd oğlu, X14, X20, X21 və X10 adlarına verilmiş «Torpağın mülkiyyət hüququna dair» J№-0093: kod: 60710028 saylı Dövlət aktındakı qeydlərin Ərizəçi7, Ərizəçi5, Ərizəçi1, Ərizəçi8, Ərizəçi10, Ərizəçi6, X4, Xabibullayeva (Sərvərova) Nərminə Rəşəddin qızı, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar