Məhkəmə qərarları › İş №2(020)-146/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-146/2025

04.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-146/2025 04.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Beyləqan Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X*, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Beyləqan Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Maraqlı şəxs2 cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26.04.*987-ci il tarixdə anadan olmuş oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X5 26.04.*987-ci il tarixdə Beyləqan rayonunun Yuxarı Aran kəndində anadan olmuşdur. Oğlu uşaq vaxtlarından etibarən yersiz ağlamaq, gülmək, evdən qaçmaq, təkliyə meyillik, insanlardan uzaqlaşmaq, qulağına səslər gəlməsi, gözünə görüntülər görünməsi ilə bağlı onlara şikayətlər etməyə başlamışdır. Onlarda onun şikayətlərinə ciddi yanaşmıyaraq mütəmadi ev şəraitində onu müalicələr etdirmişlər. Orta məktəbə gedib, lakin oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən 44 günlük 2ci Qarabağ müharibəsində iştirak edən zaman 25.*0.2020-ci il tarixdə partlayış nəticəsində kəllə-beyin travması alaraq huşunu itirib. 29.*0.2020-ci il tarixdən 04.**.2020-ci il tarixə kimi Beyləqan RMX-da “Postravmatik sefalgiya. Arterial hiportoniya. Barotravma” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə isə oğlu xəstəliyi ağırlaşdığından müalicə həkimi Fuad İsmayılov tərəfindən müayinə olunmuş və ona üzvi mənşəli (barotravma, sefalgiya) şəxsiyyət pozuntusu, F07.0 intihar cəhdləri ilə diaqnozu qoyulmuşdur. Bu illər ərzində dəfələrlə ambulator və stasionar müalicələr qəbul etsədə oğlunun son zamanlar psixi vəziyyəti pisləşdiyindən müalicə həkimi (Aynur Hüseynova) tərəfindən xx.xx.2024-cü il tarixdə oğluna “Üzvi mənşəli (Barotravma Sefalogiya) şəxsiyyət pozuntusu, intihara cəhdləri ilə diaqnozu qoyub. Hazırda oğlu özü-özünü idarə edə bilmir. Oğlum hazırda İİİ qrup əlilliyə görə müavinət alır. Onun başqasının qulluğuna ehtiyacı vardır. Oğlunun səhhətində olan Şizofrenik əlamətlər get-gedə dahada kəskinləşir hətta o ailə üzvlərinə xəsarət yetirməsin deyə onu daima nəzarətdə saxlayır. Qarşısına çıxan hər bır şəxsə xəsarətlər yetirir. Hazırda tam fəaliyyət qabiliyyətsizdir. Ambulator və stosionar şəraitdə daimi olaraq müxtəlif xəstəxanalarda müalicələrdə olmuşdur. 04.**.2020-ci ildən etibarən Beyləqan RMX-da qeydiyyatdadır. Hazırda Elşəni anası kimi o, yanında saxladığından və onun bütün qayğıları ilə məşğul olduğundan onun qəyyumu olmaq istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Beyləqan Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 Ərizəçi 26.04.*987-ci il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 göstərmişdir ki X5 onun həyat yoldaşı, Ərizəçi isə onun qaynanasıdır. Yoldaşının əvvəlcədən əsəblərində problem varıydı, 44 günlük 2-ci Qarabağ müharibəsində iştrak edən zaman travma almış və vəziyyəti getdikcə ağırlaşmışdır. 2 uşaqları var. Ərizəçi 26.04.*987-ci il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ seriyalı 6*08*9 №-li Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 26.04.*987-ci il təvəllüdlü X2 atası X4 və anası Ərizəçidır. AZ-İİ seriyalı 497492 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Maraqlı şəxs2 arasında nikah 23 noyabr 2022-ci il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 323 № ilə qeyd edilmişdir. *2903785 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan Çıxarışdan görünür ki, X2 anamnezindən məlumdur ki, 3-cü dərəcəli əlildir. 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə zamanı barotravma alıb. Dəfələrlə hərbi hospitalda və PX-da müalicə alıb. Vəziyyətinə görə AR SN RPX-na qəbul olunub. ̇ ıvzü" mənşəlı̇ (barotravma sefalı̇ ya) şəxsı̇ yyət pozuntusu, ı̇ ntı̇ hara cəhdləri .forp)əl̇ı̇ F.İsmayılov)” diaqnozu təyin edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 2* yanvar 2025-ci il tarixli *38 saylı rəyindən görünür ki, X3 hazırda Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, koqnitiv pozuntularla diaqnozlu psixi pozuntu müəyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.*.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.*-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 26.04.*987-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin **9.*-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 227, 233, 360cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 26.04.*987-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar