Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1480/2025 08.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, Ərizəçi, iştirakı ilə, Maraqlı şəxs Beyləqan Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Beyləqan Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı 18 yanvar 1985-ci ildə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayonu, Örənqala qəsəbəsində yerləşən evlərində bacısı 18 yanvar 1985-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır. Ona baxır və bütün problemlərini də həll edir. Bacısının əqli geriliyinin olması, mütləq qaydada başqa bir şşəxsin köməyinə ehtiyacının olması ona əmlaklarının sənədləşmə işlərinin aparılması, pensiya kartının müddətinin bitdiyi təqdirdə dəyişdirilməsi kimi işlərin həyata keçirilməsində çətinliklər yaradır. Hazırda həmin sənədləşmələrin aparılması Notariat kontoruna, Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına müraciət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Sənədləşmə işləri aparmaq üçün bacısı anadan gəlmə tam fəaliyyət qabiliyyətsizdir. O, Beyləqan rayon Mərkəzi Xəstəxanasında da stasionar qaydada yataraq müalicə olunmuşdur. Sənədləşmə işlərini aparmaq, yəni dinləmək, yazı yazmaq, imza etmək iqtidarında deyildir. Ona görə də bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Beyləqan Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 Ərizəçi 18 yanvar 1985-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 29 iyul 2*25-ci il tarixli, *5/69-3*7 saylı arayışdan görünür ki, X6 18 yanvar 1985-ci il tarixdə Beyləqan rayonunun, Örənqala qəsəbəsində anadan olmuş və bu barədə 17 nömrəli doğum aktı qeydi tərtib edilmişdir. 29 iyul 2*25-ci il tarixli, 2*2 saylı arayışdan görünür ki, X1 rayonunun, Örənqala qəsəbəsində yaşayır. 29 iyul 2*25-ci il tarixli, 1942 saylı arayışdan görünür ki, X6 29 iyul 2*25-ci il tarixdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında müayinədən keçmiş və ona “Oliqofreniya debillik dərəcəsi, epilepsiya, qıcolma tutmaları, şəxsiyyət dəyişkənliyi” diaqnozu qoyulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında “Forma 88”-dən görünür ki, 18 yanvar 1985-ci il təvəllüdlü X7 müddətsiz olaraq üçüncü dərəcəli əlildir və xəstəliyin diaqnozu “Oliqofreniya debillik dərəcəsi, epilepsiya, qıcolma tutmaları, şəxsiyyət dəyişkənliyi”dir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X1* 16 sentyabr 2*25-ci il tarixli, 3127 saylı rəyindən görünür ki, X3 yüngül dərəcəli əqli gerilik, kobud davranış pozuntuları ilə aşkar olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarına malik deyil və onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-in 3*5.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 18 yanvar 1985-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 36*cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 18 yanvar 1985-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №2(020)-1480/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1480/2025
08.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver