Məhkəmə qərarları › İş №2(020)-1515/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1515/2023

28.07.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1515/2023 28.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında xx.xx.2020-ci il tarixdə bağlanılmış nikahın pozulması, birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş Əsnadın, xx.xx.2019cu ildə anadan olmuş Sübhanın, xx.xx.2021-ci ildə anadan olmuş Poladın, xx.xx.2023-cü ildə anadan olmuş Milayın onun himayəsində saxlanılmaları və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 40 manat, cəmi 160 manat alimentin onun xeyrinə tutulması üçün Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Maraqlı şəxs ilə nikahlarını xx.xx.2020-ci il tarixdə İmişli regional “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci ildə Əsnad, xx.xx.2019-cu ildə Sübhan, xx.xx.2021 -ci ildə Polad, xx.xx.2023-cü ildə isə Milay adlı 4 uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hazırda uşaqları ilə birlikdə valideyinlərinin evində yaşayır. Heç bir yerdə işləmir, uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh uşaqları ilə maraqlanır onların saxlanması üçün ona müəyyən məbləğdə maddi yardım göstərir. İlkin mediasiya prosesində onlar öz aralarında razılığa gəlmişlər. Belə ki, aralarında olan nikahın pozulmasına, uşaqların onun himayəsində saxlanılmasına və hər uşağa 40 manat olmaqla, 4 uşağın saxlanmasına görə 160 manat alimentin ona ödənilməsinə dair razılıq əldə etmişlər. Ona görə də, Maraqlı şəxs ilə aralarında xx.xx.2020-ci il tarixdə bağlanılmış nikahın pozulması, birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş Əsnadın, xx.xx.2019-cu ildə anadan olmuş Sübhanın, xx.xx.2021-ci ildə anadan olmuş Poladın, xx.xx.2023-cü ildə anadan olmuş Milayın onun himayəsində saxlanılmaları və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 40 manat, cəmi 160 manat alimentin onun xeyrinə tutulması üçün Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə teleqrama göndərərək iddianı qəbul etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə İmişli regional “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində nikahlarını qeydə aldırmışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2017-ci ildə Əsnad, xx.xx.2019-cu ildə Sübhan, xx.xx.2021-ci ildə Polad, xx.xx.2023cü ildə Milay adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2020-ci il tarixdə İmişli regional “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikahın pozulmasına, birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş Əsnadın, xx.xx.2019-cu ildə anadan olmuş Sübhanın, xx.xx.2021-ci ildə anadan olmuş Poladın, xx.xx.2023-cü ildə anadan olmuş Milayın ərizəçinin himayəsində saxlanılmaları və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 40 manat, cəmi 160 manat alimentin ərizəçinin xeyrinə tutulmasına razılaşmışlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büir. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs ilə aralarında xx.xx.2020-ci il tarixdə bağlanılmış nikahın pozulması, birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş Əsnadın, xx.xx.2019-cu ildə anadan olmuş Sübhanın, xx.xx.2021-ci ildə anadan olmuş Poladın, xx.xx.2023-cü ildə anadan olmuş Milayın Ərizəçi himayəsində saxlanılmaları və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 40 manat, cəmi 160 manat alimentin maraqlı tərəf Maraqlı şəxs Ərizəçi xeyrinə tutulması üçün Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar