Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1546/2023 10.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər: Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək şəxsin yanında qalmasının müəyyən edilməsi yəni nəvəsi xx.xx.2010-cu ildə anadan olmuş X1 onun yanında qalmaları (himayəsində olması) fakıtının müəyyən edilməsi barədə onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü ildə bağlanılmış barışıq sazinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, qızı -mərhum X2 maraqlı şəxslə evlənmiş və bir övladı olmuşdur. Qızı 06 mart 2020-ci ildə ölmüşdür. Onların bir uşqları vardır. Maraqlı şəxs uşağın onun yanında qalmasına heç bir etirazı yoxdur. Uzun illərdir uşaq onunla birlikdə yaşayır. Qızı öldükdən sonra uşağa yenədə özü baxır, uşağı onunla birlikdə yaşayır və uşağa baxmağında heç bir problem yoxdur. O, uşağa yaxşı baxır, səhhəti və təhsili ilə yüksək səviyyədə məşğul olur. Uşağın şəxsiyyət vəsiqəsi dəyişdirilərək məktəbə təqdim edilməlidir. Lakin atası başqa yerdə olduqları üçün bunu etmədiyi üçün şəxsiyyət vəsiqəsini dəyişə bilmir və çətin problemlə üz- üzə qalır. Odur ki, xx.xx.2010-cu ildə anadan olmuş X1 onun yanında qalmasının müəyyən edilməsi barədə onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü ildə bağlanılmış barışıq sazinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs ərizəni qəbul etdi və izahatında göstərdi ki, mərhum X2 birgə nikahlarında xx.xx.2010-cu ildə Nazlı adlı bir uşağı anadan olmuşdur. Elyanə öldükdən sonra uşağına Elyanənin anası baxmışdır. Uşağının ərizəçinin yanında qalıb yaşamasına etirazı yoxdur. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xshiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinin və maraqlı şəxsi izahatlarını dinləyib hesab edir ki, ərizə aşağıdakı əsasa görə qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu ildə anadan olmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2020-ci ildə ölmüşdür. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Ərizəçi qızı mərhum X2 maraqlı şəxslə evlənmiş və onların bir övladı olmuşdur. Ərizəçinin qızı Elyanə rəhmətə getmişdir. Hazırda uşaq Ərizəçi yanında qalıb yaşayır. Maraqlı şəxsin isə buna etirazları yoxdur. Ərizəçi ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxsxx.xx.2010-cu ildə anadan olmuş X1 Ərizəçi yanında qalmalarına razılaşmışlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs ilə Ərizəçi aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2010-cu ildə anadan olmuş X1 Ərizəçi yanında qalmasının müəyyən edilməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü ildə mediasiya şurasında bağlanılmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini aldıqları gündən bir ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1546/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1546/2023
10.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver