Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1547/2023 10.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(020)-630/2019 saylı qətnaməsinə əsasən Beyləqan rayon Yuxarı Aran kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs xx.xx.2008-ci ildə anadan olan Gülüzə, xx.xx.2010-cu ildə anadan olan Aysu, xx.xx.2012-ci ildə anadan olan Zaur adlı uşaqların saxlanılması üçün onun xeyrinə qət edilən alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 400 manat, cəmi 1200 manat olmaqla artırılması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o Maraqlı şəxs ilə ailə münasibətinə daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2008-ci ildə Gülüzə, xx.xx.2010-cu ildə Aysu, xx.xx.2012-ci ildə Zaur adlı uşaqları dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və Beyləqan rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(020)-630/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş və həmin tarixli qətnamə ilə Maraqlı şəxs xx.xx.2008-ci ildə anadan olan Gülüzə, xx.xx.2010-cu ildə anadan olan Aysu, xx.xx.2012-ci ildə anadan olan Zaur adlı uşaqların saxlanması üçün onun xeyrinə hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda uşaqlar onun yanında yaşayır. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Maraqlı şəxs alimentin artırılması ilə bağlı olaraq tərəfindən ilkin olaraq mediasiya şurasına müraciət olunmuş, Maraqlı şəxs xx.xx.2008-ci ildə anadan olan Gülüzə, xx.xx.2010-cu ildə anadan olan Aysu, xx.xx.2012-ci ildə anadan olan Zaur adlı uşaqları üçün hər ay hər uşağa görə 400 manat alimenti ödəməyə razılığını bildirmiş və bununla bağlı olaraq Mediasiya şurasında xx.xx.2023-ci il tarixdə Barışıq sazişi imzalanmışdır. Lakin Maraqlı şəxs hazırda alimenti ödəmir. Ona görə də, Beyləqan rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(020)-630/2019 saylı qətnaməsinə əsasən Beyləqan rayon Yuxarı Aran kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs xx.xx.2008-ci ildə anadan olan Gülüzə, xx.xx.2010-cu ildə anadan olan Aysu, xx.xx.2012-ci ildə anadan olan Zaur adlı uşaqların saxlanılması üçün onun xeyrinə qət edilən alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 400 manat, cəmi 1200 manat olmaqla artırılması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs ərizəni qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə xx.xx.2008-ci ildə anadan olan Gülüzə, xx.xx.2010-cu ildə anadan olan Aysu, xx.xx.2012-ci ildə anadan olan Zaur adlı uşaqların saxlanılması üçün onundan tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 400 manat, cəmi 1200 manat olmaqla artırılması barədə mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2008-ci ildə Gülüzə, xx.xx.2010-cu ildə Aysu, xx.xx.2012-ci ildə Zaur adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Beyləqan rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(020)-630/2019 saylı qətnaməsinə əsasən Beyləqan rayon Yuxarı Aran kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs xx.xx.2008-ci ildə anadan olan Gülüzə, xx.xx.2010-cu ildə anadan olan Aysu, xx.xx.2012-ci ildə anadan olan Zaur adlı uşaqların saxlanılması üçün onun xeyrinə qət edilən alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 400 manat, cəmi 1200 manat olmaqla artırılması barədə razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Ərizəçi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, Ərizəçi cavabdehə müraciət edərək, xx.xx.2023-ci il tarixli Banşıq sazişinin imzalandığı tarixdən bir aydan çox vaxtın keçməsinə baxmayaraq bu günə kimi heç bir aliment ödənilmədiyini bildirərək, sazişə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni xx.xx.2008-ci ildə anadan olan Gülüzə, xx.xx.2010-cu ildə anadan olan Aysu, xx.xx.2012-ci ildə anadan olan Zaur adlı uşaqların saxlanılması üçün onun xeyrinə qət edilən alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 400 manat, cəmi 1200 manat olmaqla artırılması barədə məktubu aldığı vaxtdan dərhal sonra ödəməyi tələb etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, maraqlı şəxs xx.xx.2023-ci tarixli məktuba cavab olaraq, barışıq sazişin könüllü icra edilməsindən, yəni Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(020)-630/2019 saylı qətnaməsinə əsasən Maraqlı şəxs xx.xx.2008-ci ildə anadan olan Gülüzə, xx.xx.2010-cu ildə anadan olan Aysu, xx.xx.2012-ci ildə anadan olan Zaur adlı uşaqların saxlanılması üçün onun xeyrinə qət edilən alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 400 manat, cəmi 1200 manat olmaqla artırılması barədə alimenti ödəməkdən imtina etməsini bildirmişdir. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(020)-630/2019 saylı qətnaməsinə əsasən Beyləqan rayon Yuxarı Aran kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs xx.xx.2008-ci ildə anadan olan Gülüzə, xx.xx.2010-cu ildə anadan olan Aysu, xx.xx.2012-ci ildə anadan olan Zaur adlı uşaqların saxlanılması üçün onun xeyrinə qət edilən alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 400 manat, cəmi 1200 manat olmaqla artırılması barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 133,20 (bir yüz otuz üç maqnat iyirmi qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1547/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1547/2023
10.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver