Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1548/2023 10.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quluyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2016-ci il tarixdə aralarında Beyləqan rayonu İHB-nın 2-ci Şahsevən kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikahın pozulması və xx.xx.2014-ci ildə anadan olan Ömər və xx.xx.2016-cı ildə anadan olan Əsma adlı uşaqların onun himayəsində qalmaları barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o Maraqlı şəxs ilə xx.xx.2016-ci il tarixdə aralarında Beyləqan rayonu İHB-nın 2-ci Şahsevən kənd İƏD üzrə nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2014-ci ildə Ömər və xx.xx.2016-cı ildə Əsma adlı uşaqları dünyaya gəlmişdir. Maraqlı şəxs aliment tələb etmir. Maraqlı şəxs özü də uşaqların onun himayəsinə verilməyinə razıdır. Maraqlı şəxs razılığını bildirmiş və bununla bağlı olaraq Mediasiya şurasında xx.xx.2022-ci il tarixdə Barışıq sazişi imzalanmışdır.. Ona görə də, Maraqlı şəxs ilə xx.xx.2016ci il tarixdə aralarında Beyləqan rayonu İHB-nın 2-ci Şahsevən kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikahın pozulması və xx.xx.2014-ci ildə anadan olan Ömər və xx.xx.2016-cı ildə anadan olan Əsma adlı uşaqların onun himayəsində qalmaları barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs oğlu ərizəni qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə xx.xx.2016-ci il tarixdə aralarında Beyləqan rayonu İHB-nın 2-ci Şahsevən kənd İƏD üzrə nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2014-ci ildə Ömər və xx.xx.2016-cı ildə Əsma adlı uşaqları dünyaya gəlmişdir. Ərizəçi ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi qızı ilə Maraqlı şəxs xx.xx.2016-ci il tarixdə aralarında Beyləqan rayonu İHB-nın 2-ci Şahsevən kənd İƏD üzrə nümayəndəliyində nikahlarını qeydə aldırmışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçiı ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2014-ci ildə Ömər və xx.xx.2016-cı ildə Əsma adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən qızı tərəfindən tərtib olunmuş xx.xx.2023ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxs ilə xx.xx.2016-ci il tarixdə aralarında Beyləqan rayonu İHB-nın 2-ci Şahsevən kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikahın pozulması və xx.xx.2014-ci ildə anadan olan Ömər və xx.xx.2016-cı ildə anadan olan Əsma adlı uşaqların onun himayəsində qalmasına razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büir. Ərizəçi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, Ərizəçi cavabdehə müraciət edərək, xx.xx.2023-ci il tarixli Banşıq sazişinin imzalandığı tarixdən 10 gündən çox vaxtın keçməsinə baxmayaraq bu günə kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən qızı tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları iləMaraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2016-ci il tarixdə aralarında Beyləqan rayonu İHB-nın 2-ci Şahsevən kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikahın pozulsun. və xx.xx.2014-ci ildə anadan olan Ömər və xx.xx.2016-cı ildə anadan olan Əsma adlı uşaqların onun himayəsində qalmaları barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1548/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1548/2023
10.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver