Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1550/2023 11.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi: Ərizəçi Qəhrəman qızının Maraqlı tərəf: Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Qəhrəman qızının maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Qəhrəman qızı ərizə ilə məhkəməyə müraciət edərək maraqlı tərəf Maraqlı şəxs ilə aralarında xx.xx.2009-ci il tarixdə Beyləqan rayonu İHB-nin 2-ci Şahsevən kəndi İƏD üzrə nümayəndəliyində bağlanmış nikahlarının pozulması və xx.xx.2011-ci ildə Fidan xx.xx.2013-cü ildə Ayan, 1.10.2015-c ildə Mirşamil adlı uşaqların onun yanında qalmalarının müəyyən edilməsi barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Qəhrəman qızı məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Maraqlı şəxs ilə xx.xx.2009-ci il tarixdə rəsmi nikaha girərək nikahlarını Beyləqan rayonu İHB-nin 2-ci Şahsevən kəndi İƏD üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2011-ci ildə Fidan xx.xx.2013-cü ildə Ayan, 1.10.2015-c ildə Mirşamil adlı uşaqları doğulmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsada sonradan xasiyyətiləri uyğun gəlmədiyindən ayrılmışlar. Maraqlı şəxs könüllü olaraq yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün ona aliment ödəyir. Aliment barədə maraqlı tərəflə razılaşmışlar. Odur ki, Maraqlı şəxs ilə aralarında xx.xx.2009-ci il tarixdə Beyləqan rayonu İHB-nin 2-ci Şahsevən kəndi İƏD üzrə nümayəndəliyində bağlanmış nikahlarının pozulması və xx.xx.2011-ci ildə Fidan xx.xx.2013-cü ildə Ayan, 1.10.2015-c ildə Mirşamil adlı uşaqların onun yanında qalmalarının müəyyən edilməsi barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs iddianı qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi Qəhrəman qızı ilə nikahlarını xx.xx.2009-ci il tarixdə Beyləqan rayonu İHB-nin 2-ci Şahsevən kəndi İƏD üzrə nümayəndəliyində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci ildə Fidan xx.xx.2013-cü ildə Ayan, 1.10.2015-c ildə Mirşamil adlı uşaqları doğulmuşdur. Ərizəçi ilə münasibətləri pozulduğundan ayrılmışlar. Hazırda uşaqlar iddiaçının yanında yaşayır, buna etirazı yoxdur. Ərizəçi ilə razılığa gəlmişlər, ərizəçi alimentdən imtina etmişdir. Alimentin əvəzi kimi yaşadıqları evi ərizəçiyə vermişdir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Qəhrəman qızı ilə Maraqlı şəxs nikahlarını xx.xx.2009-ci il tarixdə Beyləqan rayonu İHB-nin 2-ci Şahsevən kəndi İƏD üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. İşdə olan doğum haqqında şəhadətnamələrdən çıxarışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci ildə Fidan xx.xx.2013-cü ildə Ayan, 1.10.2015-c ildə Mirşamil adlı uşaqları anadan olmuşdur. Ərizəçi Qəhrəman qızı ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 30 iyul 2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Ərizəçi Qəhrəman qızı ilə Maraqlı şəxs arasında xx.xx.2009-ci il tarixdə Beyləqan rayonu İHB-nin 2-ci Şahsevən kəndi İƏD üzrə nümayəndəliyində bağlanmış nikahı pozulmasına və xx.xx.2011-ci ildə Fidan xx.xx.2013-cü ildə Ayan, 1.10.2015-ci ildə Mirşamil adlı uşaqların ərizəçinin yanında qalmalarının müəyyən edilməsinə razılaşmışlar. Ərizəçi uşağın saxlanması üçün alimentdən imtina etmişdir. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büir. Maraqlı şəxs və Ərizəçi Qəhrəman qızı arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə Ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Cavabdeh Maraqlı şəxs tərəfindən Ərizəçi Qəhrəman qızı ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Qəhrəman qızı ilə maraqlı tərəf Maraqlı şəxs arasında xx.xx.2009-ci il tarixdə Beyləqan rayonu İHB-nin 2-ci Şahsevən kəndi İƏD üzrə nümayəndəliyində bağlanmış nikahlarının pozulması və xx.xx.2011-ci ildə Fidan, xx.xx.2013-cü ildə Ayan, xx.xx.2015-ci ildə Mirşamil adlı uşaqların Ərizəçi yanında qalmalarının müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1550/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1550/2023
11.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver