Məhkəmə qərarları › İş №2(020)-1556/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1556/2023

07.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1556/2023 07.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı nikahın pozulması, Maraqlı şəxs xx.xx.2006-cı ildə İlahə,xx.xx.2010-cu ildə Səkinə və xx.xx.2014-cü ildə Günay adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 50 manat alimentin xeyrinə tutulması və həmin uşaqların himayədə qalması, həmin uşaqlarla maraqlı tərəfə görüş verilməsi barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Maraqlı şəxs qarşı nikahın pozulması, Maraqlı şəxs xx.xx.2006-cı ildə İlahə,xx.xx.2010-cu ildə Səkinə və xx.xx.2014-cü ildə Günay adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 50 manat alimentin xeyrinə tutulması və həmin uşaqların himayədə qalması, həmin uşaqlarla maraqlı tərəfə görüş verilməsi barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Lakin hazırki ərizə ərizəçi tərəfindən imza edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda hakim iddia ərizəsini və ona əlavə olunan sənədləri geri qaytarır . Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi Maraqlı şəxs qarşı nikahın pozulması, Maraqlı şəxs xx.xx.2006-cı ildə İlahə,xx.xx.2010-cu ildə Səkinə və xx.xx.2014-cü ildə Günay adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 50 manat alimentin xeyrinə tutulması və həmin uşaqların himayədə qalması, həmin uşaqlarla maraqlı tərəfə görüş verilməsi barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar