Məhkəmə qərarları › İş №2(020)-1579/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1579/2023

17.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1579/2023 17.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2007-ci il tarixdə Beyləqan rayonu İHB-nin Kəbirli kəndi İƏD üzrə nümayəndəliyində bağlanmış nikahın pozulması və xx.xx.2007-ci ildə Röyalə, xx.xx.2008-ci ildə Əsmər, xx.xx.2014-cü ildə Elnarə, xx.xx.2021-ci ildə Akif adlı uşaqların onun himayəsində qalmaları barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o Maraqlı şəxs ilə nikahların xx.xx.2007-ci il tarixdə Beyləqan rayonu İHB-nin Kəbirli kəndi İƏD üzrə nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2007-ci ildə Röyalə, xx.xx.2008-ci ildə Əsmər, xx.xx.2014-cü ildə Elnarə, xx.xx.2021-ci ildə Akif adlı uşaqları dünyaya gəlmişdir. Maraqlı şəxs övladları ilə maraqlanır, özü tək ailənin və uşaqların maddi ehtiyaclarını, qayğısını çətinliklə ödəyir. Halbuki, valideynlər uşaqlarını birlikdə saxlamağa borcludurlar. Lakin Maraqlı şəxs hazırda alimenti ödəmir. Ona görə də, Maraqlı şəxs ilə xx.xx.2007-ci il tarixdə Beyləqan rayonu İHB-nin Kəbirli kəndi İƏD üzrə nümayəndəliyində bağladığımız nikahımızın pozulması və Maraqlı şəxs xx.xx.2007-ci ildə Röyalə, xx.xx.2008-ci ildə Əsmər, xx.xx.2014-cü ildə Elnarə, xx.xx.2021-ci ildə Akif adlı uşaqların onun himayəmdə qalmaları barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs iddianı qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə nikahların xx.xx.2007-ci il tarixdə Beyləqan rayonu İHB-nin Kəbirli kəndində qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2007-ci ildə Röyalə, xx.xx.2008-ci ildə Əsmər, xx.xx.2014-cü ildə Elnarə, xx.xx.2021-ci ildə Akif adlı uşaqları dünyaya gəlmişdir. Ərizəçi ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2007-ci il tarixdə Beyləqan rayonu İHB-nin Kəbirli kəndində qeydə aldırmışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2007-ci ildə Röyalə, xx.xx.2008-ci ildə Əsmər, xx.xx.2014-cü ildə Elnarə, xx.xx.2021-ci ildə Akif adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2007-ci il tarixdə Beyləqan rayonu İHB-nin Kəbirli kəndi İƏD üzrə nümayəndəliyində bağladıqları nikahın pozulması və xx.xx.2007-ci ildə Röyalə, xx.xx.2008-ci ildə Əsmər, xx.xx.2014-cü ildə Elnarə, xx.xx.2021-ci ildə Akif onun himayəsində qalmasına razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büir. Ərizəçi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, ərizəçi cavabdehə müraciət edərək, xx.xx.2023-ci il tarixli Barışıq sazişinin imzalandığı tarixdən bir aydan çox vaxtın keçməsinə baxmayaraq bu günə kimi heç bir aliment ödənilmədiyini bildirərək, sazişə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni xx.xx.2007-ci ildə Röyalə, xx.xx.2008-ci ildə Əsmər, xx.xx.2014-cü ildə Elnarə, xx.xx.2021-ci ildə Akif adlı uşaqlar onun himayəsinə verilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, maraqlı şəxs xx.xx.2023-ci tarixli məktuba cavab olaraq, barışıq sazişin könüllü icra edilməsindən, yəni Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci ildə Röyalə, xx.xx.2008-ci ildə Əsmər, xx.xx.2014-cü ildə Elnarə, xx.xx.2021-ci ildə Akif adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 70 manat alimenti ödəməkdən imtina etməsini bildirmişdir. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2007-ci il tarixdə Beyləqan rayonu İHB-nin Kəbirli kəndi İƏD üzrə nümayəndəliyində bağlanmış nikahın pozulması və xx.xx.2007-ci ildə Röyalə, xx.xx.2008-ci ildə Əsmər, xx.xx.2014-cü ildə Elnarə, xx.xx.2021-ci ildə Akifin anası Ərizəçi yanında qalması müəyyən edilməsi barədə, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar