Məhkəmə qərarları › İş №2(020)-1581/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1581/2023

19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1581/2023 19.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 , Ərizəçi2 vəkalətli nümayəndəsi Ərizəçi1 iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə Beyləqan şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi1 və Ərizəçi2 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair » J№-077A; kod: 60709028 saylı Şəhadətnamədəki qeydlərin Ərizəçi1 və Səfərova (Qənbərova) Şəfiqə Şamil qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonun Mil kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 saylı qərarına əsasən J№-077A; kod: 60709028 saylı şəhadətnamə ilə təsdiq edilmiş 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə o, Ərizəçi1 olduğu halda səhvən Ərizəçi1 Şəmil oğlu kimi, Ərizəçi2 isə səhvən Səfərova (Qəmbərova) Şəfiqə Şəmil qızı kimi yazılmışdır. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin Şəhadətnamə ilə şəxsiyyət vəsiqəsinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Ərizəçi1 və Ərizəçi2 adına verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair » J№-077A; kod: 60709028 saylı Şəhadətnamədəki qeydlərin X3 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Ərizəçi2 vəkalətli nümayəndəsi Ərizəçi1 ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçi və vəkalətli nümayəndənin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» J№- 077A; kod: 60709028 saylı Şəhadətnamədən görünür ki, Beyləqan rayonun Mil kəndində torpaq sahələri islahata gedərkən ərizəçi və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 saylı qərarına əsasən J№-077A; kod: 60709028 saylı şəhadətnamə ilə təsdiq edilmiş 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə Ərizəçi1 səhvən Ərizəçi1 Şəmil oğlu kimi, Ərizəçi2 isə səhvən X1 yazılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1976-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, ərizəçi Səfərova (Qənbərova) Şəfiqə Şamil qızı xx.xx.1973-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X5 30 noyabr 1996-cı ildə X8 ilə ailə qurduqdan sonra Səfərova soyadını daşımışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair» JN-289A saylı Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayonun Dünyamalılar kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 saylı qərarına əsasən J№-077A; kod: 60709028 saylı şəhadətnamə ilə təsdiq edilmiş 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. X2 Kamil Şamil oğlu səhvən Ərizəçi1 Şəmil oğlu kimi, Ərizəçi2 isə səhvən Səfərova (Qənbərova) Şəfiqə Şəmil qızı kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçi müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi1 Şəmil oğlunun və Qənbərova (Səfərova) Şəfiqə Şəmil qızının adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 05 saylı qərarına əsasən verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» J№-077A; kod: 60709028 saylı Şəhadətnamədəki qeydlərin Ərizəçi1 və Səfərova ( Qənbərova) Şəfiqə Şamil qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar