Məhkəmə qərarları › İş №2(020)-1582/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1582/2024

16.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1582/2024 16.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, Ərizəçi X* (maraqlı şəxs qismində Beyləqan rayon İcra Hakmiyyəti yanında Qəyyumluq və Himayə İşləri ürzə Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsi” haqqında ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: Ərizəçi X2 “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısının oğlu *2 iyul *982-ci ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizənin məzmunu ilə müəyyən edilir ki, ərizəçi X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən X3 dayısıdır. Lakin Mülki-Prosessual qanunvericiliyinin tələblərinə görə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barə ərizəni xəstənin yaxın qohumları, yəni valideynləri, uşaqları və qardaş-bacıları və ya müvafiq icra hakimiyyəti orqanı, yəni yerli icra hakimiyyəti orqanları, psixiatriya (psixonevroloji) müəssisəsi verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 306.*-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Təsvir edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah olunmalıdır ki, bacısı oğlunun yaxın qohumları olmadığı halda, fəaliyyət qabiliyyət olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə yerli icra hakimiyyəti orqanı və psixiatriya (psixonevroloji) müəssisəsi müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*. və **4.*.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; Həmin Məcəllənin **4.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edildiyindən ərizəçi tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş *00 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli *556079698 nömrəli qəbz) da onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52, 263 və 264 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi X* (maraqlı şəxs qismində Beyləqan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə İşləri ürzə Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olsun ki, bacısı oğlunun yaxın qohumları olmadığı halda, fəaliyyət qabiliyyət olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə yerli icra hakimiyyəti orqanı və psixiatriya (psixonevroloji) müəssisəsi müraciət edə bilər. Ərizəçi X2 tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli *556079698 nömrəli qəbz) onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra *0 gün müddətində ondan Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar