Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1589/2023 20.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə Ərizəçi2 vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək X4 və X5 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-334A KOD 60711018 saylı Şəhadətnamədəki qetidlərin Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadığı Beyləqan rayonun Təzəkənd kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 4 saylı qərarı ilə ona və ailə üzvlərinə 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa JN-334A KOD 60711018 saylı Şəhadətnamə tərtib edilmişdir. Tərtib olunmuş Şəhadətnamədə Ərizəçi2 səhvən X1, Ərizəçi1 səhvən X3 qeyd edilmişdir. Hazırda o, həmin yanlışlıqla əlaqədar olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X4 və X5 adına verilmiş Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarına əsasən Torpağa mülkiyyətə verilməsinə dair verilmiş JN-334A KOD 60711018 saylı Şəhadətnamədəki qetidlərin Ərizəçi2 və Ərizəçi1 məxsus olmasının müəyyən ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-334A KOD 60711018 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədən görünür ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarına əsasən 0,10 ha pay torpaq ahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2, Beyləqan rayonunun Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1oğlu Beyləqan rayonunun Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin Təzəkənd kənd İƏD üzrə nümayəndəliyinin 13 iyul 2023-ci il tarixli 736 saylı arayışından görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-334A saylı Şəhadətnamədə Ərizəçi2 səhvən X1, Ərizəçi1 səhvən X3 yazılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqn ərazi idarəsinin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, ərizəçi JN 334A saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, ona köməklik edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Kəbirli kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarı ilə Ərizəçi2 oğlu və onun ailə üzvlərinə 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq JN-334A KOD 60711018 saylı Şəhadətnamə təsdiq edilmişdir. Tərtib olunmuş Şəhadətnamədə ərizəçilər Ərizəçi2 səhvən X1, Ərizəçi1 səhvən X3 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, şəhadətnamələrdə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X2 və X5 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-334A KOD 60711018 saylı Şəhadətnamədəki qeyidlərin Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1589/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1589/2023
20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver