Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1610/2023 18.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X3 qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi oğluı ərizə ilə məhkəməyə müraciət edərək, X5 ilə 03 aprel 2009-cu il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması və xx.xx.2009-ci ildə anadan olan Nigar adlı uşağın onun himayəsində qalması, xx.xx.2012-cı ildə anadan olan Kənan adlı uşağın isə atası Maraqlı şəxs himayəsində qalması barədə X5 ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o maraqlı şəxs X5 ilə nikahlarını 03 aprel 2009-cu il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2009-ci ildə Nigar və xx.xx.2012-cı ildə Kənan adlı uşaqları dünyaya gəlmişdir. X1 aliment tələb etmir. Ərizəçi özü də xx.xx.2009-ci ildə anadan olan Nigar adlı uşağın onun himayəsində qalmasına, xx.xx.2012-cı ildə anadan olan Kənan adlı uşağın isə atası Maraqlı şəxs himayəsinə verilməyinə razıdır. X6 razılığını bildirmiş və bununla bağlı olaraq Mediasiya şurasında xx.xx.2022-ci il tarixdə Barışıq sazişi imzalanmışdır. Ona görə də, X5 ilə 03 aprel 2009-cu il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması və xx.xx.2009-ci ildə anadan olan Nigar adlı uşağın onun himayəsində qalması, xx.xx.2012-cı ildə anadan olan Kənan adlı uşağın atası Maraqlı şəxs himayəsində qalması barədə X6 ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X7 iddianı qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə nikahları 03 aprel 2009-cu il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2009-ci ildə Nigar və xx.xx.2012-cı ildə Kənan adlı uşaqları dünyaya gəlmişdir. Ərizəçi ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 03 aprel 2009-cu il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində nikahlarını qeydə aldırmışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə X6 birgə nikahlarından xx.xx.2009-ci ildə Nigar və xx.xx.2012-cı ildə Kənan adlı uşaqları anadan olmuşdur. X4 ("Birinci tərəf") və Ərizəçi ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, X6 ilə 03 aprel 2009-cu il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması və xx.xx.2009-ci ildə anadan olan Nigar adlı uşağın onun himayəsində qalması, xx.xx.2012-cı ildə anadan olan Kənan adlı uşağın atası Maraqlı şəxs himayəsində qalmasına razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büir. Ərizəçi tərəfindən X3 ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, Ərizəçi cavabdehə müraciət edərək, xx.xx.2023-ci il tarixli Barışıq sazişinin imzalandığı tarixdən 10 gündən çox vaxtın keçməsinə baxmayaraq bu günə kimi üzərinə götürdüyü öhdəliyi ödəməmişdir. X5 və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə maraqlı şəxs X5 tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X5 03 aprel 2009-cu il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulsun və xx.xx.2009-ci ildə anadan olan Nigar adlı uşağın Ərizəçi himayəsində qalması, xx.xx.2012-cı ildə anadan olan Kənan adlı uşağın atası Maraqlı şəxs himayəsində qalmaları barədə X5 ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1610/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1610/2023
18.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver