Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1624/2023 16.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi1 və qeyrilərinin maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə qarşı hüquq müəyyənedici sənədlərin eyni bir şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ərizəçi1 və qeyrilərinin maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə qarşı hüquq müəyyənedici sənədlərin eyni bir şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, tərəflər qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasına dəvət edilsələr də, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş eməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Ərizəçi1 və qeyrilərinin maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə qarşı hüquq müəyyənedici sənədlərin eyni bir şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçının dövlət rüsumu kimi ödədiyi 100 manat pul özünə qaytarılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1624/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1624/2023
16.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver