Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1639/2023 27.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi1, Ərizəçi4, Bayramova (Abdullayeva) Gülşən Abdulla qızı ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 nömrəli qərarına əsasən X5, X3, X2, X4, X1 Beyləqan rayonunun Yeni Mil qəsəbəsində 1,66 ha torpaq sahəsi verilməsinə dair JN-306 KOD 60709038 kod nömrəli dövlət akt qeydlərinin Ərizəçi2, Ərizəçi3, Ərizəçi1, Ərizəçi4, Bayramova (Abdullayeva) Gülşən Abdulla qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi2 məhkəmədə ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Yeni Mil qəsəbəsində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-306 KOD 60709038 saylı Dövlət aktına əsasən 1,66 ha pay torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında familyələri Abdullayev olmaqdan səhvən Abbasov kimi qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan 6 saylı ərazi İdarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırılması üçün yalnız məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Həmin yalnışlığa görə torpaq sahəsi üzərində hər hansı bir hüquqlarını həyata keçirə bilmirlər. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 nömrəli qərarına əsasən X5, X3, X2, X4, X1 Beyləqan rayonunun Yeni Mil qəsəbəsində 1,66 ha torpaq sahəsi verilməsinə dair JN-306 KOD 60709038 kod nömrəli dövlət akt qeydlərinin Ərizəçi2, Ərizəçi3, Ərizəçi1, Ərizəçi4, Bayramova (Abdullayeva) Gülşən Abdulla qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Digər ərizəçilər məhkəmə iclasında ərizəsini müdafiə etdilər və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəni əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-306 KOD 60709038 saylı, 22 noyabr 1999-cu il tarixli 82 saylı qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktının surətindən görünür ki, Beyləqan rayonunun Yeni Mil qəsəbəsində torpaq sahələri islahata gedərkən ərizəçilərə və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 saylı qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair JN-306 KOD 60709038 saylı Dövlət aktı ilə 1,66 ha pay torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında familyələri Abdullayev olmaqdan səhvən Abbasov kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqn ərazi idarəsinin 06.6.2023-ci il tarixli məktubundan görünür ki, ərizəçi JN-306 KOD 60709038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, ona ərizəsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Yeni Mil qəsəbəsində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 saylı qərarı ilə Babakişiyeva (Vəliyeva) Səadət Arif qızına və onun ailə üzvlərinə 1,33 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-306 KOD 60709038 saylı Dövlət aktı təsdiq edilmişdir. Tərtib olunmuş Dövlət aktında familyələri Abdullayev olmaqdan səhvən Abbasov kimi qeyd edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli 82 nömrəli qərarına əsasən X5, X3, X2, X4 və X1 Beyləqan rayonunun Yeni Mil qəsəbəsində 1,66 ha torpaq sahəsi verilməsinə dair JN-306 KOD 60709038 kod nömrəli dövlət akt qeydlərinin Ərizəçi2, Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Bayramova (Abdullayeva) Gülşən Abdulla qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1639/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1639/2023
27.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver