Məhkəmə qərarları › İş №2(020)-1667/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1667/2025

25.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1667/2025 25.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB Tərtər RQİİ-nin Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 mart 2018-ci il tarixli ******* nömrəli akt əsasında ona hesablanmış 1097,60 manat maddi ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, kasıb vəziyyətdə, ünvan 1ində yaşayır. Evdə qazdan istifadə edir və daim istifadə etdiyi qazın pulunu vaxtlı vaxtında ödəyir. Qaz işçisi istifadə etdiyi pula dair sənəd verir və istifadə etdiyi qazın pulunu vaxtlı vaxtında ödəyir. Qaz sayğacını dəyişiblər, təzəlikcə bilmişdir ki, ona cərimə yazmışdılar. Ancaq o, sayğaca müdaxilə etməmiş, sonradan ona əsassız olaraq cərimə yazıb göndərmişdilər. Tərtər RQİİ-nin əməkdaşları 30 mart 2018-ci il il tarxli, AKT ******* nömrəli aktda qeyd edirlər ki, sayğacda müdaxilə müəyyən edilmişdir. Beləliklə ona əsassız olaraq 1097,60 manat məbləğində əsassız cərimə yazılmışdır. O, qaz sayğacına heç bir müdaxilə etməmişdir. Sayğac evdən kənardadı və ona nəzarət etmək onun tərəfdən mümkün deyildir. Sayğac evdən aralıdır, küçədən maşınlar sürətlə keçir, uşaqlar axşama kimi küçədə oynayır, ola bilər təbiət hadisələrindən baş verib. Bəlkədə hansı bir qonşu qəsdən etmişdir. O, yaşlı adamamdır. Qaz sayğacı vasitəsilə yazılmış borclarını vaxtlı vaxtında ödəmişdir. Qaz nəzarətçisi hər ay iki dəfə sayğaca baxmış və olan borcu barədə bildiriş verdikdən sonra borcunu ödəmişdir. Nəzarətçidə heç bir müdaxilə olduğunu müəyyən etməmişdir. O və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. O, əminliklə qeyd edirəm ki, sayğaca onun tərəfindən müdaxilə edilməyibdir. Bu qeyd edilən müdaxilələrdən biri qaz sayğacında aşkar edilmədiyi və sayğaca müdaxilə edildiyini necə iddia edirlər anlamır. Onun heç bir günahı yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 19 yanvar 2018-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən evdə quraşdırılmış qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 30 mart 2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı yaşayış ünvanına (abonent kodu **********08320) quraşdırılmış sayğaca baxış keçirilmiş və aşkar edilmişdir ki, xətalar normalara uyğun deyil. Sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Plomb özünə məxsusdur. Sayğacın çıxış plastmas borusu dəyişilib. Tələb: dəymiş ziyan hesablanaraq abonent tərəfindən ödənilsin. **********08320 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun 2018-cü il üzrə qalıq akt borcu 1097,60 manat təşkil edir; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi iddiaçının yaşadığı evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, ösayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 30 mart 2018-ci il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 30 mart 2018-ci il tarixli akt əsasında İddiaçı (Abonent kodu: **********08320) hesablanmış 1097,60 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1097,60 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,97 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 30 mart 2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında İddiaçı (Abonent kodu: **********08320) hesablanmış 1097,60 (min doxsan yeddi manat 60 qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30,97 (otuz manat 97 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar