Məhkəmə qərarları › İş №2(020)-170/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-170/2024

29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-170/2024 29.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər- Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək X11, X8 və X2 adına verilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X6 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********66-10301 olan, xx.xx.2019-cu il tarixli Çıxarışdakı qeydin mərhum X7, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 əizəni müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakım Dövlət Reyestri Xidməti, X6 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr **********66-10301 olan, xx.xx.2019-cu il tarixli Çıxarışla mülkiyyətilərinə 0.15 ha torpaq sahəsi verilmişdir. Ərizəçi1 səhvən X3, Ərizəçi2 səhvən X1, X9 isə səhvən X5 yazılmışdır. Həmin torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin sənədlərdəki uyğunsuzluğa görə çətinliklərlə üzləşir. Sənədlərin məhkəmədən kənar həll edilməsi mümkün deyildir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmişdir. Oradan ərizəçiyə yanlışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, X11, X8 və X2 adına verilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X6 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********66- 10301 olan, xx.xx.2019-cu il tarixli Çıxarışdakı qeydin mərhum X7, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Ərizəçi2 ərizəni müdafiə etdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakım Dövlət Reyestri Xidməti, X6 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr **********66-10301 olan, xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə 0.15 ha torpaq sahəsi verilmişdir. Çıxarışda Ərizəçi1 səhvən X3, Ərizəçi2 səhvən X1, X9 isə səhvən X5 yazılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.1974-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 xx.xx.1974-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2023-cü ildə ölmüşdür. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakım Dövlət Reyestri Xidməti, X6 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr **********66- 10301 olan, xx.xx.2019-cu il tarixli Çıxarışla mülkiyyətilərinə 0.15 ha torpaq sahəsi verilmişdir. Ərizəçi1 səhvən X3, Ərizəçi2 səhvən X1, X9 isə səhvən X5 yazılmışdır. Ərizəçi həmin yanlışlığın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X11, X8 və X2 adına verilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X6 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********66-10301 olan, xx.xx.2019-cu il tarixli Çıxarışdakı qeydin Ərizəçi1, Ərizəçi2 və mərhum X7, məxsus olması faktının müəyyən edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar