Məhkəmə qərarları › İş №2(020)-1737/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1737/2023

08.09.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1737/2023 08.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 29 sentyabr 2006-ci il tarixdə aralarında VVADQ Şöbəsində bağlanmış nikahın pozulması və Maraqlı şəxs xx.xx.2006-ci ildə anadan olan İlahə, xx.xx.2010-ci ildə anadan olan Səkinə və xx.xx.2014-cü ildə anadan olan Günay adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 50 manat, 150 manat alimentin onun xeyrinə tutulması və həmin uşaqların onun himayəsində qalması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o Maraqlı şəxs ilə nikahlarını 29 sentyabr 2006-ci il tarixdə aralarında VVADQ Şöbəsində qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2006-ci ildə İlahə, xx.xx.2010-ci ildə Şəkinə və xx.xx.2014-cü ildə Günay adlı uşaqları dünyaya gəlmişdir. Maraqlı şəxs övladı ilə maraqlanır, özü tək ailənin və uşaqların maddi ehtiyaclarını, qayğısını çətinliklə ödəyir. Halbuki, valideynlər uşaqlarını birlikdə saxlamağa borcludurlar. Maraqlı şəxs aliment tutulması ilə bağlı olaraq tərəfindən ilkin olaraq mediasiya şurasına müraciət olunmuş, Maraqlı şəxs xx.xx.2006-ci ildə anadan olan İlahə, xx.xx.2010-ci ildə anadan olan Səkinə və xx.xx.2014-cü ildə anadan olan Günay adlı uşaqları üçün hər ay hər uşağa görə 50 manat alimenti ödəməyə razılığını bildirmiş və bununla bağlı olaraq Mediasiya şurasında xx.xx.2023-ci il tarixdə Barışıq sazişi imzalanmışdır. Lakin Maraqlı şəxs hazırda alimenti ödəmir. Ona görə də, Maraqlı şəxs ilə 29 sentyabr 2006-ci il tarixdə aralarında VVADQ Şöbəsində bağlanmış nikahın pozulması və Maraqlı şəxs xx.xx.2006-ci ildə anadan olan İlahə, xx.xx.2010-ci ildə anadan olan Səkinə və xx.xx.2014-cü ildə anadan olan Günay adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 50 manat alimentin onun xeyrinə tutulması və həmin uşaqların onun himayəsində qalması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs iddianı qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə 29 sentyabr 2006-ci il tarixdə aralarında VVADQ Şöbəsində qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2006-ci ildə İlahə, xx.xx.2010-ci ildə Səkinə və xx.xx.2014-cü ildə Günay adlı uşaqları dünyaya gəlmişdir. Ərizəçi ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs 29 sentyabr 2006-ci il tarixdə aralarında VVADQ Şöbəsində nikahlarını qeydə aldırmışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2006-ci ildə İlahə, xx.xx.2010-ci ildə Şəkinə və xx.xx.2014-cü ildə Günay adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxs ilə 29 sentyabr 2006-ci il tarixdə aralarında VVADQ Şöbəsində bağlanmış nikahın pozulmasına və Maraqlı şəxs xx.xx.2006-ci ildə anadan olan İlahə, xx.xx.2010-ci ildə anadan olan Şəkinə və xx.xx.2014-cü ildə anadan olan Günay adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 50 manat alimentin onun xeyrinə tutulmasına və həmin uşaqların onun himayəsində qalmasına razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Ərizəçi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, Ərizəçi cavabdehə müraciət edərək, xx.xx.2023-ci il tarixli Banşıq sazişinin imzalandığı tarixdən bir aydan çox vaxtın keçməsinə baxmayaraq bu günə kimi heç bir aliment ödənilmədiyini bildirərək, sazişə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni xx.xx.2006-ci ildə İlahə, xx.xx.2010-ci ildə Səkinə və xx.xx.2014-cü ildə Günay adlı uşaqların saxlanılması üçün 50 manat alimenti bu məktubu aldığı vaxtdan dərhal sonra ödəməyi tələb etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, maraqlı şəxs xx.xx.2023-ci tarixli məktuba cavab olaraq, barışıq sazişin könüllü icra edilməsindən, yəni Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-ci ildə İlahə, xx.xx.2010-ci ildə Səkinə və xx.xx.2014-cü ildə Günay adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 50 manat alimenti ödəməkdən imtina etməsini bildirmişdir. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları iləMaraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs 29 sentyabr 2006-ci il tarixdə aralarında VVADQ Şöbəsində qeyd edilmiş nikahın pozulsun, tərəflərin birgə nikahlarından xx.xx.2006-ci ildə anadan olan İlahə, xx.xx.2010-ci ildə anadan olan Səkinə və xx.xx.2014-cü ildə anadan olan Günayın anaları Ərizəçi yanında qalması müəyyən edilməsi və Maraqlı şəxs Ərizəçi xeyrinə xx.xx.2006-ci ildə anadan olan İlahə, xx.xx.2010-ci ildə anadan olan Səkinə və xx.xx.2014-cü ildə anadan olan Günay adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 50 (əlli) manat, cəmi 150 (bir yüz əlli) manat alimentin tutulması barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 38 (otuz səkkiz) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar