Məhkəmə qərarları › İş №2(020)-178/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-178/2025

24.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-178/2025 24.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər- Ərizəçi6, Ərizəçi5 Ərizəçi4, Ərizəçi1 və Ərizəçi3 iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi6, Ərizəçi5, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 nömrəli qərarına əsasən X6, X5, Ərizəçi4 Fəxrəddin oğluna, Ərizəçi2 Fəxrəddin oğluna, Ərizəçi3 Fəxrəddin qızına, X4 verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-271F KOD 60711018 saylı Şəhadətnamədəki qeydlərin Ərizəçi6,Ərizəçi5, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi6 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, yaşadıqları Beyləqan rayonunun Təzəkənd kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 nömrəli qərarına əsasən JN-271F KOD 60711018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi6 səhvən X3, Ərizəçi5 səhvən X2, Ərizəçi4 səhvən Ərizəçi4 Fəxrəddin oğlu kimi, Ərizəçi2 səhvən Ərizəçi2 Fəxrəddin oğlu kimi, Ərizəçi3 səhvən Ərizəçi3 Fəxrəddin qızı kimi, Ərizəçi1 səhvən X1 qeyd edilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin şəhadətnamə ilə şəxsiyyət vəsiqələrinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 nömrəli qərarına əsasən X6, X5, Ərizəçi4 Fəxrəddin oğluna, Ərizəçi2 Fəxrəddin oğluna, Ərizəçi3 Fəxrəddin qızına, X4 verilmiş torpağa mülkiyyət hüququna dair JN-271F KOD 60711018 saylı şəhadətnamədəki qeydlərin Ərizəçi6, Ərizəçi5, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər ərizəçilər Ərizəçi5, Ərizəçi4, Ərizəçi1 və Ərizəçi3 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Ərizəçi2 məhkəmə iclasına gəlməmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə Ərizəçi2 və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 nömrəli qərarına əsasən JN-271F KOD 60711018 saylı şəhadətnamə ilə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə Ərizəçi6 səhvən X3, Ərizəçi5 səhvən X2, Ərizəçi4 səhvən Ərizəçi4 Fəxrəddin oğlu kimi, Ərizəçi2 səhvən Ərizəçi2 Fəxrəddin oğlu kimi, Ərizəçi3 səhvən Ərizəçi3 Fəxrəddin qızı kimi, Ərizəçi1 səhvən X1 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi6 xx.xx.1962-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi5 oğlu xx.xx.1968-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi4 xx.xx.1991-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1992-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.1963-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1996-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçilər Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilərin mülkiyyətlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 nömrəli qərarına əsasən JN- 271F KOD 60711018 saylı dövlət aktı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə Ərizəçi6 səhvən X3, Ərizəçi5 səhvən X2, Ərizəçi4 səhvən Ərizəçi4 Fəxrəddin oğlu kimi, Ərizəçi2 səhvən Ərizəçi2 Fəxrəddin oğlu kimi, Ərizəçi3 səhvən Ərizəçi3 Fəxrəddin qızı kimi, Ərizəçi1 səhvən X1 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307-309, 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 nömrəli qərarına əsasən X6, X5, Ərizəçi4 Fəxrəddin oğluna, Ərizəçi2 Fəxrəddin oğluna, Ərizəçi3 Fəxrəddin qızına, X4 verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-271F KOD 60711018 saylı Şəhadətnamədəki qeydlərin Ərizəçi6, Ərizəçi5, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar