Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-184/2025 24.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı X3 Qaz İstismarı İdarəsi tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış cərimənin (maddi ziyanın) silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz” X2 RQİİ-nin Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 518.40 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddiasını müdafiə etdi və göstərdi ki, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində ailə üzvləri ilə birlikdə vaşayır, yaşayış evi üçün mütəmadi olaraq qazdan istifadə edir işlətdiyi qaz pulunu vaxtlı-vaxtında ödəyir. Lakin Tərtər RQİİ-nin Beyləqan Xidmət Sahəsinin əməkdaşları xx.xx.2024-cü ildə yaşadığı fərdi yaşayış evinə gələrək qaz sayğacına baxış keçirib akt tərtib etmişlər. Həmin akta görə geya sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi müəyyən edilmiş və idarənin əməkdaşları sayğacı söküb aparmışlar. Bu məqsədlədə əsassız olaraq ona heç bir günahı olmadan qanunsuz olaraq 518.40 manat maddi ziyan hesablanmışdır. Həmin aktla razı deyildir. Qaz idarəsinin əməkdaşlarının həmin hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozur. Qaz sayğacı fərdi yaşayış evimdən kənarda quraşdırılmışdır. O, mütəmadi olaraq sayğaca gözətçilik etmək iqtidarında deyildir. Odur kı, “Azəriqaz” X2 RQİİ-nin Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 518.40 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. İşdə olan poçt xəbərnaməsindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri haqqında göndərilən bildiriş Azəriqaz İB-nin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına nümayəndəsini göndərmədiyindən və işə onların iştirakı olmadan baxılmasını və ya başqa vaxta təxirə salınmasını xahiş etmədiyindən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı həyətindən kənarda quraşdırılmış sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi müəyyən edilmişdir. İşdə olan Abonentin Saldosunun surətindən görünür ki, İddiaçı 518.40 manat ziyan hesablanmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, onlara hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Tərtər RQİİ-nin əməkdaşları İddiaçı fərdi yaşayış evinə gedən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Tərtər RQİİ-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktda sayğaca müdaxilə müəyyən edilmişdir. Lakin, iddiaçının sayğaca müdaxilə etməsi iş materialları ilə müəyyən edilməmişdir. Laboratoriya Qaz İdarəsinin öz nəzdində olduğu üçün cavabdehin mənafeyinə uyğun rəy verə bilər. İddiaçı həmin rəylə razı deyildir. İddiaçı hər ay işlətdiyi qazın pulunu vaxtlı-vaxtında ödəmişdir. Qaz idarəsinin əməkdaşlarının həmin hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənayə qaz qurğularının istifadəsi üçün isə qaz istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən birbaşa olaraq qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Halbu ki, qaz sayğacı iddiaçının evindən və həyətindən kənarda quraşdırılmış, onun daimi olaraq həmin sayğaca nəzarət etməsi mümkün deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, akt qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan istifadə etmədiyi təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. İddiaçı istifadə etdiyi qazın pulunu hər ay ödəmişdir. Məhkəmədə müəyyən edildi ki, qaz sayğacı iddiaçının evindən kənar həyətin çöl tərəfində quraşdırılmışdır. Ona görə də iddiaçı həmin qaz sayğacına müdaxiləyə cavabdeh deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müdafiə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qeyd edilən prosessual hüquq normalarını hazırki münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı qaz sayğacına zərər vurması, onun əməlinin qanuna zidd olması və iddiaçının qanunazidd əməli ilə nəticəsi arasında səbəbli əlaqənin olması işin mötəbər sübutları ilə sübuta yetirilmədiyindən, cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinin İddiaçı itirilmiş qaz üçün hesablanmış borcun dəyərini tələb etməkdə haqlı deyildir. İddiaçının təqsiri sübut olunmadığından, cavabdeh qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, Azərbaycan Respublikası Azəriqaz İB-nin Tərtər Rİİnin xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 518.40 manat maddi ziyan silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Azəriqaz İB-nin Tərtər X4 İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, ******* nömrəli Akta əsasən hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat maddi ziya silinsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-184/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-184/2025
24.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver