Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1863/2023 25.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi, Maraqlı şəxs- Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxsilə xx.xx.2013-ci il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması və Maraqlı şəxs xx.xx.2013-cü ildə anadan olan Asif, xx.xx.2017-ci ildə anadan olan Züleyxa adlı uşaqlarının saxlanılması üçün hər ay 70 manat, cəmi 140 manat alimentin onun xeyrinə tutulması üçün Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılması zamanı Ərizəçi məhkəməyə ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək hazırda ərizəyə baxılmasını istəmədiyini bildirdi və mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Ərizəçiyə adı çəkilən Məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2013-ci il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması və Maraqlı şəxs xx.xx.2013-cü ildə anadan olan Asif, xx.xx.2017-ci ildə anadan olan Züleyxa adlı uşaqlarının saxlanılması üçün hər ay 70 manat, cəmi 140 manat alimentin onun xeyrinə tutulması üçün Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50(əlli) manat pul özünə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1863/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1863/2023
25.09.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver