Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1894/2023 20.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf Azərbaycan Respublikası Səfərbərlik və hərbi Xidmətə Şağırış Üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin nümayəndəsi X4 iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair işə Beyləqan şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prizdenti mərhum “Ulu Öndər” Heydər Əliyevin *7.0*.*994-cü il tarixli fərmanı ilə 26.*2.*993-cü ildə şəhid olmuş qardaşı X5 verilmiş “Azərbaycan Bayrağı” orderinin vəsiqəsində order verilən şəxsin “X*0” oğlu yox “X**” oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, onun qardaşı X8 25.08.*96*-ci ildə anadan olmuş və 26.*2.*993-cü ildə vətəni erməni işğalçılarından qoruyan zaman şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi sücaətə görə şəhid qardaşı Azərbaycan Respublikası Prizdenti mərhum” Ulu Öndər” Heydər Əliyevin *7.0*.*994-cü il tarixli fərmanı ilə “Azərbaycan Bayrağı” orderi ilə təltif edilmişdir. Həmin orderdə şəhid qardaşı X* X2 qeyd edilmişdir. Odur ki, Azərbaycan Respublikası Prizdenti mərhum “Ulu Öndər” Heydər Əliyevin *7.0*.*994-cü il tarixli fərmanı ilə 26.*2.*993-cü ildə şəhid olmuş qardaşı X5 verilmiş “Azərbaycan Bayrağı” orderinin vəsiqəsində order verilən şəxsin “X*0” oğlu yox “X**” oğluna məxsus olmasının müəyyən ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Səfərbərlik və hərbi Xidmətə Şağırış Üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin nümayəndəsi X7 izzahatında göstərdi ki, mərhum, kiçik leytenant - 25.08.*96*-ci il təvəllüdlü X8 26.*2.*993-cü ildə Vətəni erməni işğalçılarından qoruyaraq Tərtər rayonu uğrunda gedən döyüşlərdə həlak olub. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında’" Azərbaycan Respublikasının Qanununa əsasən, 26.*2.*993cü il tarixdən X8 “Şəhid' onun ailəsi “Şəhid ailəsi” hesab edilir. Kiçik leytenant X8 Azərbaycan Respublikası Prezidentinin 0* yanvar *994-cü ii tarixli fermam ile “Azerbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir (Orden № 000224) Orden kitabçasında adı “Ələmdar” əvəzinə “Qələndər” yazılmışdır. Lakin orderdə düzəliş etmək onların səlahiyətində deyildir. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, ərizəçinin şəhid qardaşı X8 25.08.*96*-ci il tarixdə doğulmuşdur İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, ərizəçinin şəhid qardaşı X8 26.*2.*993-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon üzrə Qarabağ və Ermənistanla həmsərhəd olan rayonlar uğrunda gedən döyüşlər zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən şəhid(həlak) olmuş hərbi qulluqçuların qeydiyyatı kitabından görünür ki, ərizəçinin mərhum qardaşı X3 qeyd edilmişdir. Lakin “Azərbaycan Bayrağı” orderdə X* X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, orderdə göstərilən yanlışlıqlara görə ərizəçi müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prizdenti mərhum “Ulu Öndər” Heydər Əliyevin *7.0*.*994-cü il tarixli fərmanı ilə 26.*2.*993-cü ildə şəhid olmuş X5 verilmiş “Azərbaycan Bayrağı” orderinin vəsiqəsində order verilən şəxsin “X*0” oğlu yox “X**” oğluna məxsus olması faktı müəyyən edilsin Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1894/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1894/2023
20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver