Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1909/2023 31.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçılar- İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı 23 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddiaçılar İddiaçı2 və İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək X2 ilə X3 arasında 23 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X4 Haqqında daşınmaz əmlakın Dövlət reyestri ilə X1 adına qeydiyyata alınmış 18 yanvar 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə məhkəmə hazırlıq iclasında baxılarkən iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə ərizə təqdim edərək, hazırki mülki iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci madənin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər İş üzrə iddiaçılar iddia ərizəsinin qaytarılması barədə ərizə verdiklərindən məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçılara qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı X2 ilə X3 arasında 23 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X4 Haqqında daşınmaz əmlakın Dövlət reyestri ilə X1 adına qeydiyyata alınmış 18 yanvar 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi qərardadın təsviri hissəsində göstərilənlərə əsasən özlərinə qaytarılsın. İddiaçıların dövlət rüsumu kimi ödəmiş olduqları 100 manat pul özlərinə geri qaytarılsın. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1909/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1909/2023
31.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver