Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1967/2023 09.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi, Maraqlı şəxs- Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə xx.xx.2013-ci il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması və Maraqlı şəxs xx.xx.2013-cü ildə anadan olan Asif, xx.xx.2017-ci ildə anadan olan Züleyxa adlı uşaqlarının saxlanılması üçün hər ay 70 manat, cəmi 140 manat alimentin onun xeyrinə tutulması və həmin uşaqların onun himayəsində qalmaları barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, Maraqlı şəxs ilə xx.xx.2013-ci il tarixdə rəsmi nikaha girərək nikahlarını Beyləqan rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2013-cü ildə Asif, xx.xx.2017-ci ildə isə Züleyxa adlı iki uşaqları doğulmuşdur. Xasiyyət və xarakterləri uyğun gəlmədiyindən ayrılmışlar. Hazırda uşaqları ilə birgə valideyinlərinin evində yaşayır. O, mediyasiya şurasına nikahın pozulması və alimentlə bağlı müraciət etmişdir. Maraqlı tərəflə aralarında nikahın pozulması və alimentin ödənilməsinə dair razılığa gəlmişlər. Mediatorun iştirakı ilə aralarında barışıq sazişi bağlanmışdır. Ona görə də, Maraqlı şəxs ilə xx.xx.2013-ci il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması və Maraqlı şəxs xx.xx.2013-cü ildə anadan olan Asif, xx.xx.2017-ci ildə anadan olan Züleyxa adlı uşaqlarının saxlanılması üçün hər ay 70 manat, cəmi 140 manat alimentin onun xeyrinə tutulması və həmin uşaqların onun himayəsində qalmaları barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Maraqlı şəxs ərizəni qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə xx.xx.2013-ci il tarixdə nikahlarını Beyləqan rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Ərizəçi ilə münasibətləri pozulduğundan ayrılmışlar. Uşaqlarının saxlanmasında ərizəçiyə maddi köməklik edir. Uşaqlar hazırda iddiaçının yanında yaşayırlar. İddiaçı ilə aralarında mediasiya prosessində boşanma, aliment və uşaqların himayədə qalmalarının müəyyən edilməsi barədə barışıq sazişi bağlamışlar. Odur ki, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını xx.xx.2013-ci il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2013-cü ildə Asif, xx.xx.2017-ci ildə Züleyxa adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs aralarında xx.xx.2013-ci il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs xx.xx.2013-cü ildə Asif, xx.xx.2017-ci ildə Züleyxa adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat alimentin ərizəçinin xeyrinə tutulması və həmin uşaqların ərizəçinin himayəsində qalmalarına razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs ilə aralarında xx.xx.2013-ci il tarixdə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması, Maraqlı şəxs xx.xx.2013cü ildə anadan olan Asif, xx.xx.2017-ci ildə anadan olan Züleyxa adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat alimentin onun xeyrinə tutulması və həmin uşaqların onun yanında qalmaları barədə Maraqlı şəxs arasında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 36.80 (otuz altı manat səksən qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə verilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1967/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1967/2023
09.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver