Məhkəmə qərarları › İş №2(020)-1977/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1977/2025

19.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1977/2025 19.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə Əhmədova Zeynəb Azad qızı, Ərizəçi1 Müşviq oğlu və X2 adına verilmiş A301731 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədində hüquqi sahiblərin adlı siyahısındakı qeydin Ərizəçi3, Ərizəçi1 və Məmmədova (Qulubəyli) Günəvər Müşviq qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə Torpaq sahəsinin plan və ölçüsü sənədində əsasən onlara 586.77 kv metr həyətyani təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin adlı siyahısında adlar səhv qeyd edilmişdir. Belə ki, qeyd olunan qərar ilə A301731 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədində və hüquq sahiblərinin adlı siyahısında səhvən X7, Ərizəçi1 Müşviq oğlu və X1 yazılmışdır. Əslində isə adları Ərizəçi3, Ərizəçi1 və Məmmədova (Qulubəyli) Günəvər Müşviq qızıdır. Bu səhv aradan qaldırılmalıdır. X4 ailə qurduğu üçün Məmmədova ər soyadını götürmüşdür. Həmin torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin sənədlərdəki uyğunsuzluğa görə çətinliklərlə üzləşirlər. Sənədlərin məhkəmədən kənar həll edilməsi mümkün deyildir. Bundan ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, adlarında səhvlər olduğu üçün məhkəmə yolu ilə həmin səhvin düzəldilərək yenidən onlara müraciət etmələri tövsüyyə olunmuşdur. Odur ki, onlar hazırki ərizi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak etmiş ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Beyləqan Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1996-cı il tarixdə, Beyləqan rayonunun, 1-ci Şahsevən kəndində anadan olmuş və Beyləqan şəhəri, Habil Hacıyev küçəsi, ev 3 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 Müşfiq qızı xx xxxxxxx 1997-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır. İş materiallarına əlavə edilmiş AA ******* №-li Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxx 1971-ci il tarixdə keçmiş Jdanov (haızrki ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli məktubdan görünür ki, ərizəçilərin mülkiyyət hüquqlarının qeydiyyata alınması ad və soyadlarında yol verilmiş səhvlərə görə mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 oktyabr 2025-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi1 xx xxxx 1996-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş və atası X8, anası X6r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə A301731 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədində və hüquq sahiblərinin adlı siyahısında Ərizəçi3, Ərizəçi1 və Məmmədova (Qulubəyli) Günəvər Müşviq qızı əvəzinə yanlış olaraq X7, Ərizəçi1 Müşviq oğlu və X1 yazılmışdır. Hazırki faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Göründüyü kimi, ərizəçilərin A301731 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədində hüquqi sahiblərinin adlı siyahısında göstərilən adı, ata adı və soyadı şəxsiyyətlərini təsdiq edən sənəddəki, habelə digər rəsmi sənədlərdəki adı və ata adı ilə düz gəlmir, həmin şəhadətnamə isə hüquqmüəyyənedici sənəddir və ərizəçilər müvafiq dövlət qurumuna sənəddə olan səhvin aradan qaldırılmasını (düzəldilərək) xahiş etsələr də, lakin dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə Torpaq sahəsinin plan və ölçüsü sənədində əsasən onlara 586.77 kv metr həyətyani təyinatlı torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarı ilə X7, Ərizəçi1 Müşviq oğlu və X2 adına verilmiş A301731 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquqi sahiblərinin adlı siyahısındakı qeydin Ərizəçi3, Ərizəçi1 və Məmmədova (Qulubəyli) Günəvər Müşviq qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən isdifadə etməklə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar