Məhkəmə qərarları › İş №2(020)-1989/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1989/2023

12.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1989/2023 12.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə1, Maraqlı şəxs- X2 vəkalətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X3 qarşı “barışıq sazişinin təsdiq edilməsi” nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onunla X4 arasında xx.xx.2010-cu il tarixdə Beyləqan rayonu, Dünyamalılar kənd Ərazi Nümayəndəliyində bağlanılmış nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2010-cu ildə anadan olmuş Raul, xx.xx.2011 -ci ildə anadan olmuş Nuray və xx.xx.2014-cü ildə anadan olmuş Zəhra adlı uşaqların Maraqlı şəxs himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 50 manat, cəmi 150 manat məbləğində alimentin Maraqlı şəxs xeyrinə tutulması üçün X4 ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, ərizəçi maraqlı şəxs X4 ilə ailə quraraq nikahlarını xx.xx.2010-cu il tarixdə Beyləqan rayonu, Dünyamalılar kənd Ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə Raul, xx.xx.2011 -ci ildə Nuray və xx.xx.2014-cü ildə isə Zəhra adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hazırda birgə nikahdan doğulmuş uşaqları Maraqlı şəxs himayəsində olmaqla valideynlərinin yanında yaşayırlar. Ərizəçi maraqlı şəxslə Mediasiya prosesində aralarında olan nikahın pozulması, uşaqların maraqlı şəxsin himayəsində saxlanmları və hər uşağa görə hər ay 50 manat, cəmi 150 manat məbləğində aliment ödəyəcəyinə dair razılığa gələrək barışıq sazişi imzalamışlar. Ona görə də, ərizəçi ilə X4 arasında xx.xx.2010-cu il tarixdə Beyləqan rayonu, Dünyamalılar kənd Ərazi Nümayəndəliyində bağlanılmış nikahın pozulması, birgə nikahlarından olan 21.01,2010-cu ildə anadan olmuş Raul, xx.xx.2011 -ci ildə anadan olmuş Nuray və xx.xx.2014-cü ildə anadan olmuş Zəhra adlı uşaqların Maraqlı şəxs himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 50 manat, cəmi 150 manat məbləğində alimentin Maraqlı şəxs xeyrinə tutulması üçün X4 ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Maraqlı şəxs vəkalətli nümayəndəsi Nümayəndə2 ərizəni qəbul etdi və izahatında göstərdi ki, Maraqlı şəxs Ərizəçi ilə ailə quraraq nikahlarını xx.xx.2010-cu il tarixdə Beyləqan rayonu, Dünyamalılar kənd Ərazi nümayəndəliyində rəsmiləşdirmişlər və birgə nikahlarından xx.xx.2010-cu ildə Raul, xx.xx.2011-ci ildə Nuray və xx.xx.2014-cü ildə isə Zəhra adlı uşaqları doğulmuşdur. Qızı Gülnisənin ərizəçi ilə münasibətləri pozulduğundan ayrılmışlar. Hazırda uşaqları qızının yanında yaşayırlar. Ərizəçi ilə qızı Gülnisənin aralarında mediasiya prosessində boşanma, aliment və uşaqların himayədə qalmalarının müəyyən edilməsi barədə barışıq sazişi bağlamışlar. Odur ki, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib hesab edir ki,ərizə təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 nikahlarını xx.xx.2010-cu il tarixdə Beyləqan rayonu, Dünyamalılar kənd Ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. X6 ilə X8 nikahlarını xx.xx.2010-cu il tarixdə Beyləqan rayonu, Dünyamalılar kənd Ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə Raul, xx.xx.2011 -ci ildə Nuray və xx.xx.2014-cü ildə isə Zəhra adlı uşaqları doğulmuşdur. Ərizəçi ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, tərəflər aralarında xx.xx.2010-cu il tarixdə Beyləqan rayonu, Dünyamalılar kənd Ərazi nümayəndəliyində bağlanmış nikahlarının pozulması, X5 xx.xx.2010-cu ildə anadan olnmuş Raul, xx.xx.2011 -ci ildə anadan olmuş Nuray və xx.xx.2014-cü ildə anadn olmuş Zəhra adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 50 manat, cəmi 150 manat alimentin maraqlı şəxsin xeyrinə tutulması və həmin uşaqların maraqlı şəxsin himayəsində qalmalarına razılaşmışlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Ərizəçi və mraqlı şəxs arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X4 arasında xx.xx.2010-cu il tarixdə Beyləqan rayonu, Dünyamalılar kənd Ərazi Nümayəndəliyində bağlanılmış nikahın pozulması, birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş Raul, xx.xx.2011-ci ildə anadan olmuş Nuray və xx.xx.2014-cü ildə anadan olmuş Zəhra adlı uşaqların Maraqlı şəxs himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 50 manat, cəmi 150 manat məbləğində alimentin Maraqlı şəxs xeyrinə tutulması üçün Ərizəçi X4 aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. X1 38 (otuz səkkiz) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar