Məhkəmə qərarları › İş №2(020)-2050/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2050/2023

23.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2050/2023 23.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı tərəf Maraqlı şəxs arasında 06 noyabr 2008-ci ildə Beyləqan rayon Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması və 23 iyun 2007-ci ildə anadan olan Gülçin, 19 noyabr 2008-cı ildə anadan olan Nəzrin, 19 noyabr 2008-cı ildə anadan olan Həqiqət və 26 dekabr 2020-ci ildə anadan olan Cəsur adlı uşaqlarının himayəsində qalmaları barədə 13 sentyabr 2023-cü il tarixli MŞC/1/01338 nömrəli X2 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 06 noyabr 2008-ci ildə Beyləqan rayon Qeydiyyat şöbəsində qeydə aldırmışlar. Birgə nikahlarından 23 iyun 2007-ci ildə Gülçin, 19 noyabr 2008-cı ildə Nəzrin, 19 noyabr 2008-cı ildə Həqiqət, 26 dekabr 2020-ci ildə isə Cəsur adlı dörd uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə qurduqları vaxtdan ailə münasibətləri yaxşı olsada sonradan uyğun gəlməmişdir. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hazırda uşaqları ilə birlikdə yaşayır. Nikahları formal xarakter daşıyır. Maraqlı şəxs ilə bir ailədə yaşamaq və ailəni qoruyub saxlamaq mümkün deyildir. Maraqlı şəxs ilə aralaarında bağlanmış nikah barışıq üçün vaxt verilmədən və boşanmanın səbəbləri araşdırılmadan ləğv edilməsində israrlıdır. Ailənin saxlanması və bərpası qeyri-mümkündür. Mediasiyada aralarında olan nikahlarının pozulması və uşaqlarının onun himayəsində qalması barədə razılıq əldə etmişlər. Maraqlı şəxs könüllü olaraq uşaqlarının saxlanmasına köməklik edir. Aliment barədə maraqlı tərəflə razılaşmışlar. Odur ki, Maraqlı şəxs arasında 06 noyabr 2008-ci ildə Beyləqan rayon Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması və 23 iyun 2007-ci ildə anadan olan Gülçin, 19 noyabr 2008-cı ildə anadan olan Nəzrin, 19 noyabr 2008-cı ildə anadan olan Həqiqət və 26 dekabr 2020-ci ildə anadan olan Cəsur adlı uşaqlarının himayəsində qalmaları barədə 13 sentyabr 2023-cü il tarixli MŞC/1/01338 nömrəli X2 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı tərəf məhkəmə iclasına gəlmədiyindən, lakin məhkəməyə ərizəni qəbul etdiyinə dair teleqrama göndərdiyindən məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını 06 noyabr 2008-ci ildə Beyləqan rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. İşdə olan doğum haqqında şəhadətnamələrdən çıxarışdan görünür ki, tərəflərin birgə nikahlarından 23 iyun 2007-ci ildə Gülçin, 19 noyabr 2008-cı ildə Nəzrin, 19 noyabr 2008-cı ildə Həqiqət və 26 dekabr 2020-ci ildə Cəsur adlı uşaqları anadan olmuşdur. Ərizəçi ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 13 sentyabr 2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 06 noyabr 2008-ci ildə Beyləqan rayon Qeydiyyat şöbəsində bağlanmış nikahı pozulmasına və 23 iyun 2007-ci ildə anadan olan Gülçin, 19 noyabr 2008-cı ildə anadan olan Nəzrin, 19 noyabr 2008-cı ildə anadan olan Həqiqət və 26 dekabr 2020-ci ildə anadan olan Cəsur adlı uşaqların ərizəçinin yanında qalmalarının müəyyən edilməsinə razılaşmışlar. Ərizəçi uşaqların saxlanması üçün alimentdən imtina etmişdir. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büir. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə Ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Cavabdeh Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs arasında xx.xx.2008-ci il tarixdə Beyləqan rayonu Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması və 23 iyun 2007-ci ildə anadan olan Gülçin, 19 noyabr 2008-cı ildə anadan olan Nəzrin, 19 noyabr 2008-cı ildə anadan olan Həqiqət və 26 dekabr 2020-ci ildə anadan olan Cəsur adlı uşaqların Ərizəçi yanında qalmalarının müəyyən edilməsi barədə 13 sentyabr 2023-cü il tarixli X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar