Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2086/2023 05.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin sədri Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi, Maraqlı şəxs- Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və X9 Komissiyası nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi XX.XX.*935-ci il tarixdə anadan olmuş X* fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, yəni şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək babası – XX.XX.*935-ci il tarixdə anadan olmuş X* fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək göstərdi ki, o, Beyləqan rayon XDS İcraiyyə Komitəsinin 03.06.*99*-ci il tarixli, 95 nömrəli qərarı ilə XX.XX.*935-ci il təvəllüdlü babası X* himayəsinə verilmişdir. Həmin tarixdəndə babası ilə birgə yaşayır. Lakin hazırda babası *-ci qrup gözdən əlil olduğu üçün tam fəaliyyət qabiliyyətsiz olduğundan onun bütün qayğıları ilə şəxsən özü məşğul olur. Belə ki, hal-hazırda babası təkbaşına özünü idarə edə bilmir, başqasının yardımı olmadan heç bir hərəkət edə bilmir. Bir sözlə onun başqasının qulluğuna ehtiyacı vardır. Əmək fəaliyyət qabiliyyətsizdir. İndiyənədək onun bütün qayğıları ilə nəvəsi kimi o məşğul olmuşdur. Hazırda tam fəaliyyət qabiliyyətsizdir. X7 ambulator və stosionar şəraitdə daimi olaraq müxtəlif xəstəxanalarda müalicələrdə olmuşdur. Babasının bütün qayğıları ilə məşğul olduğundan onun qəyyumu olmaq istəyir. Babası Beyləqan rayon Mərkəzi Xəstəxanasında “OS Göz almasının subatrofiyası, OD atrofiyası, hər iki gözdə görmə qabiliyyətinin olmaması, VİSO=0 diaqnozu ilə İ qrup əlil diaqnozu ilə qeydiyyatdadır. O, babasının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və X9 Komissiyasına müraciət etmiş, lakin orada ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, babası – XX.XX.*935-ci il tarixdə anadan olmuş X* fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və X9 Komissiyası nümayəndəsi X6 ərizənin təmin edilməsinə etirazının olmamasını bildirdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 XX.XX.*935-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuşdur. İşə əlavə edilmiş Beyləqan rayon XDS İcraiyyə Komitəsinin 03.06.*99*-ci il tarixli, 95 nömrəli qərarının surətindən görünür ki, Ərizəçi 03.06.*99*-ci il tarixdə Beyləqan rayonu Dünyamalılar kənd sakini X* himayəsinə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB X8 “Beyləqan rayon Mərkəzi Xəstəxanası” X8n 3*29 saylı, 29 noyabr 2023-cü il tarixli tibbi arayışından görünür ki, verilir Beyləqan rayonu, Dünyamalılar kənd sakini XX.XX.*935-ci il təvəllüdlü X2 ona görə ki, o, həqiqətən “OS Göz almasının subatrofiyası, OD atrofiyası, hər iki gözdə görmə qabiliyyətinin olmaması, VİSO=0 diaqnozu ilə İ qrup əlil diaqnozu ilə qeydiyyatdadır və kənar şəxsin qulluğuna ehtiyacı var. Beləliklə XX.XX.*935-ci il tarixdə anadan olmuş X* fəaliyyət qabiliyyətinin olmaması işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 3*8.2-ci madəssinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin üz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 3*7.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. XX.XX.*935-ci il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-2086/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2086/2023
05.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver