Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2135/2023 29.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı- İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı tərtib olunmuş aktın ləğv edilməsi və maddi ziyanın silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin 29 dekabr 2022-ci il tarixli, 282932 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 642.72 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Beyləqan rayonun Əhmədli kəndində yaşayır. Çox çətinliklə dolanır. Məlum olduğu kimi enerjidən istifadə edib, pulunu ödəyir. O sonradan bilmişdir ki, ona akt yazaraq ziyana salıblar. O X2 edir. Pulunu da vaxtlı vaxtında ödəmişdir. ‘'Azərişıq” ASC-inin əməkdaşları guya onun sayğacından kənar xətt olduğuna görə akt tərtib ediblər. O xətdən kənar qeyri xət çəkməmişdir. 29 dekabr 2022-ci il il tarxli, AKT R 282932 aktda göstərilənlər əsassızdır. Beləliklə sayğaca və ya elektrik xəttinə müdaxilə etməmişdir. Sayğacdan kənar xətdən istifadə etməmişdir. Elektriklə işləyən güclü bir aparatıda yoxdur. Ayda 10-13 manat X2 edir. COnun aktdan yeni xəbəri olmuşdur. Beyləqan işıq İdarəsinə müraciət etdikdən sonra çətinliklə aktın surətini almışdır. Nəzarətçidə hər ay sayğaca baxış keçirir, əlavə xətt olsa yəqin məlumat verərdi. O, tərtib edilmiş həmin aktla razı deyildir. Azərişıq ASC-nin əməkdaşlarının həmin hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozur. Odur ki, "xxxx" ASCnin 29 dekabr 2022-ci il tarixli, 282932 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 642.72 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi Zeyqam Mərdəliyev məhkəməyə iddiaya qarşı rəsmi etiraz təqdim edərək ifadəsində göstərdi ki iddiaçının sayğacdan kənar xətt vasitəsilə elektirik enerjisindən istifadə etdiyinə görə barəsində düzgün olaraq akt tərtib edilmişdir. Hazırda İddiaçı "xxxx" ASC-nin 29 dekabr 2022-ci il tarixli, 282932 nömrəli aktın əsasında hesablanmış 642.72 manat borcu var. Ona görə də iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. İşdə olan “X2 qaydalarına riayət olunmasının yoxlanılmasına dair” 29 dekabr 2022-ci il tarixli, 282932 saylı aktın surətindən görünür ki, istehlakçılar tərəfindən İşıqdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı məxsus Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən fərdi yaşayış evinə quraşdırlmış sayğaca baxış keçrilərkən onun sayğacdan kənar xətdən istifadə etdiyi müəyyən edilmişdir. İşdə olan Abonentin Saldosunun surətindən görünür ki, İddiaçı akt üzrə 642.72 manat məbləğində sayğacdan kənar xətdən istifadə ilə bağlı ziyan hesablanmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 29 dekabr 2022-ci il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində yaşayan İddiaçı məxsus yaşayış evinin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçrilmişdir. Baxış zamanı İddiaçı sayğacdan kənar xətdən istifadə etdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akta İddiaçı imza etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş X2 Qaydalarının 7.10-cu maddəsində qeyd olunmuşdur ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinəəsasən mülki hüquqi və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görəmüqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dovlət hakimiyyəti və yerli ozunuidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın uzərinə düşür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə iddiaçı izahatında etiraf etməsə də onun sayğacdan kənar xətdən istifadə etməsi iş materialları ilə qismən də olsa sübuta yetmişdir. İddiaçının kənar xətdən istifadə etməsi nəticəsində onun yaşayış sahəsinə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələməsi və sayğacdan çıxarması halı müəyyən edilməmişdir. Cavabdeh təşkilatın nümayəndələrinin tərtib etdiyi aktda da belə bir halın mövcud olması öz əksini tapmamışdır. Bütün bu hallarla yanaşı cavabdeh təşkilata iddiaçının sayğacdan kənar xətdən istifadə etməsi nəticəsində zərər vurulması qismən də olsa sübuta yetmişdir. Ona görə də iddiaçı qismən də olsa həmin sayğaca müdaxiləyə görə məsuliyyət daşımalıdır. Çünki iddiaçının həmin sayğaca olan müdaxiləsindən məlumatlı olması, lakin cavabdeh təşkilata məlumat verməməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmədə müəyyən edildi ki, iddiaçı sayğacdan kənar xətdən istifadə etmədiyi halda hər ay təxminən 13-15 manat dəyərində X2 etmiş və istifadə etdiyi enerjinin dəyərini ödəmişdir. Belə olan halda ona həddən artıq yüksək məbləğdə, yəni 642.72 manat məbləğində ziyan hesablanmışdır. İş materiallarından görünür ki, cavabdeh hazırda həmin məbləğin 100 manatını ödəmişdir. Ona görə də iddia qismən təmin edilməli, həmin məbləğ azalddılmaqla 150 manat məbləğində saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı barəsində sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı "xxxx" ASC-nin tərtib etdiyi 29 dekabr 2022-ci il tarixli, 282932 saylı aktı qismən ləğv edilsin. 29 dekabr 2022-ci il tarixli, 282932 saylı akt əsasən hesablanmış ziyanın məbləği azaldılaraq 150 (bir yüz əlli) manat həcmində saxlanılsın. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-2135/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2135/2023
29.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver