Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2152/2023 14.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 02 iyun 2011-ci il tarixdə Beyləqan rayon İHB-nın Mil qəsəbə İƏD üzrə nümayəndəliyində bağlanmış nikahın pozulması və Maraqlı şəxs 01 oktyabr 2023-cü il tarixdən başlayaraq 26 fevral 2010-cu ildə anadan olan Məhəmməd və 28 sentyabr 2011-ci ildə anadan olan Vahid adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat alimentin onun xeyrinə tutulması və həmin uşaqların onun himayəsində qalması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o Maraqlı şəxs ilə nikahlarını 02 iyun 2011-ci il tarixdə Beyləqan rayon Beyləqan rayon İHB-nın Mil qəsəbə İƏD üzrə nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahlarından 26 fevral 2010-cu ildə Məhəmməd və 28 sentyabr 2011-ci ildə Vahid adlı uşaqları dünyaya gəlmişdir. Maraqlı şəxs övladı ilə maraqlanır, özü tək ailənin və uşaqların maddi ehtiyaclarını, qayğısını çətinliklə ödəyir. Halbuki, valideynlər uşaqlarını birlikdə saxlamağa borcludurlar. Maraqlı şəxs aliment tutulması ilə bağlı olaraq tərəfindən ilkin olaraq mediasiya şurasına müraciət olunmuş, Maraqlı şəxs 26 fevral 2010-cu ildə Məhəmməd və 28 sentyabr 2011-ci ildə Vahid adlı uşaqları üçün hər ay hər uşağa görə 150 manat alimenti ödəməyə razılığını bildirmiş və bununla bağlı olaraq Mediasiya şurasında xx.xx.2023-ci il tarixdə Barışıq sazişi imzalanmışdır. Lakin Maraqlı şəxs hazırda alimenti ödəmir. Ona görə də, Maraqlı şəxs ilə 02 iyun 2011-ci il tarixdə Beyləqan rayon İHB-nın Mil qəsəbə İƏD üzrə nümayəndəliyində nikahın pozulması və Maraqlı şəxs 10 oktyabr 2023-cü il tarixdən başlayaraq 26 fevral 2010-cu ildə anadan olan Məhəmməd və 28 sentyabr 2011-ci ildə anadan olan Vahid adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat alimentin onun xeyrinə tutulması və həmin uşaqların onun himayəsində qalması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs iddianı qəbul etdi və izahatında göstərdi ki, Ərizəçi ilə 02 iyun 2011-ci il tarixdə Beyləqan rayon İHB-nın Mil qəsəbə İƏD üzrə nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahdan 26 fevral 2010-cu ildə Məhəmməd və 28 sentyabr 2011-ci ildə Vahid adlı uşaqları dünyaya gəlmişdir. Ərizəçi ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs 02 iyun 2011-ci il tarixdə Beyləqan rayon İHB-nın Mil qəsəbə İƏD üzrə nümayəndəliyində nikahlarını qeydə aldırmışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından 26 fevral 2010-cu ildə Məhəmməd və 28 sentyabr 2011-ci ildə Vahid adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ("Birinci tərəf") və Ərizəçi ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxs ilə 02 iyun 2011-ci il tarixdə Beyləqan rayon İHB-nın Mil qəsəbə İƏD üzrə nümayəndəliyində nikahın pozulmasına və Maraqlı şəxs 26 fevral 2010-cu ildə Məhəmməd və 28 sentyabr 2011-ci ildə Vahid adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 150 manat alimentin onun xeyrinə tutulmasına və həmin uşaqların onun himayəsində qalmasına razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Ərizəçi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, Ərizəçi cavabdehə müraciət edərək, xx.xx.2023-ci il tarixli Banşıq sazişinin imzalandığı tarixdən bir aydan çox vaxtın keçməsinə baxmayaraq bu günə kimi heç bir aliment ödənilmədiyini bildirərək, sazişə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni 26 fevral 2010-cu ildə Məhəmməd və 28 sentyabr 2011-ci ildə Vahid adlı uşaqların saxlanılması üçün 150 manat alimenti bu məktubu aldığı vaxtdan dərhal sonra ödəməyi tələb etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, maraqlı şəxs xx.xx.2023-ci tarixli məktuba cavab olaraq, barışıq sazişin könüllü icra edilməsindən, yəni Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 26 fevral 2010-cu ildə Məhəmməd və 28 sentyabr 2011-ci ildə Vahid adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 150 manat alimenti ödəməkdən imtina etməsini bildirmişdir. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları iləMaraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs 02 iyun 2011-ci il tarixdə Beyləqan rayon İHB-nın Mil qəsəbə İƏD üzrə nümayəndəliyində qeyd edilmiş nikahın pozulsun, tərəflərin birgə nikahlarından 01 oktyabr 2023-cü il tarixdən başlayaraq 26 fevral 2010-cu ildə anadan olan Məhəmməd və 28 sentyabr 2011-ci ildə anadan olan Vahidin anaları Ərizəçi yanında qalması müəyyən edilməsi və Maraqlı şəxs Ərizəçi xeyrinə 01 oktyabr 2023-cü il tarixdən başlayaraq 26 fevral 2010-cu ildə anadan olan Məhəmməd və 28 sentyabr 2011-ci ildə anadan olan Vahid adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat alimentin tutulması barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 56 (əlli maltı) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-2152/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2152/2023
14.11.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver