Məhkəmə qərarları › İş №2(020)-2156/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2156/2025

03.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2156/2025 03.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- X3 iştirakı ilə, Ərizəçi X3 anası 2*.07.*955-ci ildə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X6 ərizə ilə məhkəməyə müraciət edərək 2*.07.*955-ci ildə anadan olmuş X2nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən ərizəçi X6 ərizəsini müdafiə etdi və göstərdi ki, X2 2*.07.*955-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. O, anası Xatayı ilə atası Qüdrətin birgə nikahlarından xx.xx.*98*-ci ildə doğulmuşdur. Bir neçə il əvvəl anasının səhhətində müxtəlif problemlər olmuş, müalicələr alaraq səhhətində olan ağrıların qarşısı alınmışdır. Lakin 2024-cü ilin aprel ayında anası Xatayı Əhədov qəfldən beyin infarktı keçirmişdir. İnfarkt keçidirdikdən sonra anasının bədən üzvlərinin sağ hissəsi tamamilə iflic vəziyyətə düşmüş, nitqi tamamilə tutulmuş, özünü ifadə etmək bacarığı tamamilə yoxa çıxmışdır. Son vaxtlar anasının səhhəti tamamilə kəskinləşmişdir. Bu məqsədlə də bir neçə müalicə müəssisəslərində və xəstəxanalarda müalicələr aparılsa da müalicələr heç bir müsbət təsir göstərməmişdir. O, anasının qayğısına qalır və ona qulluq edir. X2 xəstəliyi beyin infarktının nəticələri, keçirilmiş sol orta beyin arteriyası hövzəsində işemik insultun davamlı qalıqları nəticəsində tam fəaliyyət qabiliyyətsizdir. Sənədləşmə işlərini aparmaq, yəni dinləmək, yazı yazmaq, imza etmək iqtidarında deyildir. Anasının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə işləri üzrə Komissiyasına müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Odur ki, 2*.07.*955-ci ildə anadan olmuş X2nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayon İHB yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyası nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, X7 2*.07.*955-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə müayinə edilərək “Beyin infarktının nəticələri, Keçirilmiş sol orla beyin arteriyası hövzəsində işemik insultun davamlı qalıqları" diaqnozu ilə ona müddətsiz İ əlillik dərəcəsi təyin edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X7 0*.04.2024-cü il tarixdə insult keçirməsi, iyirmi iki gün koma vəziyyətində X** müalicədə olmuş, keçirdiyi insutdan sonra yaddaşında zəifləmələr, sağ əl və ayağının işləməməsi biruzə vermiş, bununla əlaqədar nevropatoloq nəzarətində olmaqla müalicələr qəbul etmiş, vəziyyəti ilə əlaqədar stasionar müalicələrdə olmuş, aldığı müalicələrə baxmayaraq yaddaş zəifliyi davam etmiş, yuxusu pozulmuş, yaddaş zəifliyi ilə əlaqədar çaşqınlıq halları keçirmiş və danışmamışdır. İşə əlavə edilmiş Beyləqan rayon MRX-nın *8.06.2025-ci il tarixli Ambulator kitabçadan çıxarışdan görünür ki, X7 xəstəliyi beyin infarktının nəticələri, keçirilmiş sol orta beyin arteriyası hövzəsində işemik insultun davamlı qalıqları nəticəsində tam fəaliyyət qabiliyyətsizdir. İşə əlavə olunmuş Azərbaycan Respuplikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli, 4284 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X5 Keçirilmiş insultdan sonra meydana gələn demensiya müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər və hal-hazırki psıxiatrık müayinənin nəticələri (anamnestik məlumatlara görə 0*.04.2024-cü il taıixdə insult keçirməsi, iyirmi iki gün koma vəziyyətində X** müalicədə olması, keçirdiyi ınsutdan sonra yaddaşında zəifləmələr biruzə verməsi, saö əl və ayağının işləməməsi, bununla əlaqədar nevropatoloq nəzarətində olmaqla müalicələr qəbul etməsi, vəziyyəti ilə əlaqədar stasionar müalicələrdə olması, aldığı müalicələrə baxmayaraq yaddaş zəifliyi davam etməsi, yuxusu pozulması, yaddaş zəifliyi ilə əlaqədar çaşqınlıq halları keçirməsi, danışmaması, səbəbsiz gülməsi Azərbaycan Respublikası ƏƏSMNİ TSEK tərəfindən xx.xx.2025-cı il tarixdə müayinə edilərək "Beyin infarktının nəticələri, Keçirilmiş sol orta beyin arteriyası hövzəsində işernik insultun davamlı qalıqları" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hazırda həkim-terepevt və nevropatoloqun təyin etdiyi müalicələri qəbul etməsi, həmçinin hal-hazırki müayinə zamanı aşkar edilən demensiya əlamətləri və s ) sübut edir. X5 Keçirilmiş insultdan sonra meydana gələn demensiya müəyyən edilir. Əhədova XatayıSüleyman qızının hazırkı psixi vəziyyəti ilə əlaqədar o öz hərəkətlərinin mənasım dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X5 müəyyən edilən Keçirilmiş insultdan sonra meydana gələn demensiya səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. X* fəaliyyət qabiliyyətinin olmaması işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 3*8.2-ci madəssinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin üz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 3*7.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 3*8, 32*, 2*3, 220. 227, 233.* və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 2*.07.*955-ci ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar