Məhkəmə qərarları › İş №2(020)-2193/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-2193/2023

06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-2193/2023 06.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, İddiaçı cavabdeh Azərişıq ASC-nə qarşı 06 aprel 2023-cü il tarixli R 298134 saylı akta əsasən hesablanmış 521 manat məbləğində ziyanın hesabdan silinməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərişıq ASC-nə qarşı 06 aprel 2023-cü il tarixli R 298134 saylı akta əsasən hesablanmış 521 manat məbləğində ziyanın hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə tərtib edilməli və həmin Məcəllənin 89.3-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti əlavə edilməlidir. Lazımi qaydada təsdiq olunmuş surəti dedikdə sənədin notarial qaydada təsdiq edilməsi başa düşülür. Lakin hazırki iddia ərizəsində iddia ərizəsinin forma və məzmununa riayət edilməmiş, lazımi sənədlərin, saldonun təsdiq olunmuş surəti əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər ksero surətdir və notarial qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərişıq ASC-nə qarşı 06 aprel 2023-cü il tarixli R 298134 saylı akta əsasən hesablanmış 521 manat məbləğində ziyanın hesabdan silinməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə bağlı ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar