Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-2194/2023 07.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlu, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərişıq ASC-nə qarşı 05 iyul 2023-cü il tarixli R 303814 və 08 sentyabr 2023-cü il tarixli NDM 034209 saylı aktlara əsasən hesablanmış 1125 manat məbləğində ziyanın hesabdan silinməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərişıq ASC-nə qarşı 05 iyul 2023-cü il tarixli R 303814 və 08 sentyabr 2023-cü il tarixli NDM 034209 saylı aktlara əsasən hesablanmış 1125 manat məbləğində ziyanın hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə tərtib edilməli və və iddia ərizəsi iddiaçı və ya buna səlahiyyəti olan şəxs tərəfindən imzalanmalıdır. Lakin hazırki iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş aktlardan görünür ki, iş üzrə iddiaçı “Orucov Tərlan” göstərilməli olduğu halda iddia İddiaçı adından verilmişdir. Halbu ki, həmin aktlar Tərlan Orucovun adına yazılmışdır. Hazırkı iddiada iddiaçı qismində Tərlan Orucov çıxış etməli idi. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda saldo materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərişıq ASC-nə qarşı 05 iyul 2023-cü il tarixli R 303814 və 08 sentyabr 2023-cü il tarixli NDM 034209 saylı aktlara əsasən hesablanmış 1125 manat məbləğində ziyanın hesabdan silinməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, haırkı iddia tələbi ilə bağlı ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Beyləqan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-2194/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-2194/2023
07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver