Məhkəmə qərarları › İş №2(020)-2226/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2226/2023

27.11.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2226/2023 27.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı tərəf Maraqlı şəxs arasında 19 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində bağlanmış nikahlarının pozulması və xx.xx.2006-cı ildə doğulmuş Rəhmanın, xx.xx.2008-ci ildə doğulmuş Xədicənin, xx.xx.2014-cü ildə doğulmuş Məhəmməd Əlinin, xx.xx.2016-cı ildə doğulmuş Sadiyenin və xx.xx.2016-cı ildə doğulmuş Esmanın Maraqlı şəxs yanında qalması barədə olan 20 oktyabr 2023-cü il tarixli MŞC/1/01520 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağladıqları barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək üzürlü səbbədən məhkəməyə gələ bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi oğlu ərizəsinin onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 28 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2006-cı ildə Rəhman, xx.xx.2008-ci ildə Xədicə, xx.xx.2014-cü ildə Məhəmməd Əli, xx.xx.2016-cı ildə Sadiye və xx.xx.2016-cı ildə Esma adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə qurduqları vaxtdan ailə münasibətləri yaxşı olsada sonradan uyğun gəlməmişdir. Xasiyyətləri və xarakterləri bir-birinə uyğun gəlmədiyindən ayrılmışlar. Hazırda Maraqlı şəxs uşaqları birlikdə yaşayır. Nikahları formal xarakter daşıyır. Maraqlı şəxs ilə bir ailədə yaşamaq və ailəni qoruyub saxlamaq mümkün deyildir. Maraqlı şəxs ilə aralarında bağlanmış nikah barışıq üçün vaxt verilmədən və boşanmanın səbəbləri araşdırılmadan ləğv edilməsində israrlıdır. Ailnmin saxlanması və bərpası qeyri-mümkündür. Onlar mediasiyada barışıq sazişində uşaqlarının Maraqlı şəxs himayəsində qalması və Maraqlı şəxs könüllü olaraq yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün alimentdən imtina etmişdir. Odur ki, maraqlı tərəf Maraqlı şəxs arasında 19 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində bağlanmış nikahlarının pozulması və xx.xx.2006-cı ildə doğulmuş Rəhmanın, xx.xx.2008-ci ildə doğulmuş Xədicənin, xx.xx.2014-cü ildə doğulmuş Məhəmməd Əlinin, xx.xx.2016-cı ildə doğulmuş Sadiyenin və xx.xx.2016-cı ildə doğulmuş Esmanın Maraqlı şəxs yanında qalması barədə olan 20 oktyabr 2023-cü il tarixli MŞC/1/01520 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağladıqları barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi oğlu ilə Maraqlı şəxs nikahlarını 19 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində qeydə aldırmışlar. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə Zərxanım, 01,10.2014-cü ildə Fatimə və xx.xx.2018-ci ildə Mirsəttar adlı uşaqları anadan olmuşdur. Ərizəçi oğlu ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş 20 oktyabr 2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxs arasında 19 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində bağlanmış nikahlarının pozulması, xx.xx.2006-cı ildə doğulmuş Rəhmanın, xx.xx.2008-ci ildə doğulmuş Xədicənin, xx.xx.2014-cü ildə doğulmuş Məhəmməd Əlinin, xx.xx.2016-cı ildə doğulmuş Sadiyenin və xx.xx.2016-cı ildə doğulmuş Esmanın Maraqlı şəxs yanında qalması barədə və Maraqlı şəxs könüllü olaraq yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün alimentdən imtina etməsi barədə razılaşmışlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büir. Ərizəçi oğlu və Maraqlı şəxs arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə biər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə Ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə maraqlı tərəf tərəfindən Ərizəçi oğlu ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi oğlu ilə maraqlı tərəf Maraqlı şəxs arasında 19 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində bağlanmış nikahlarının pozulması və xx.xx.2006-cı ildə doğulmuş Rəhmanın, xx.xx.2008-ci ildə doğulmuş Xədicənin, xx.xx.2014-cü ildə doğulmuş Məhəmməd Əlinin, xx.xx.2016-cı ildə doğulmuş Sadiyenin Maraqlı şəxs yanında qalması barədə 20 oktyabr 2023-cü il tarixli MŞC/1/01520 nömrəli X1 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar