Məhkəmə qərarları › İş №2(020)-2246/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2246/2023

21.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2246/2023 21.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Bayramova (Fərəcova) Cəmilə Ramiz qızının iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Cəfərli (Fərəcova) Ayşən Ramiz qızı, Abışova (Fərəcova) X7 (Fərəcova) Cəmilə Ramiz qızı ərizə ilə məhkəməyə müraciət edərək X8, X5 və X6 adına verilmiş JN:188A saylı KOD 60700048 seriyalı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan qeydlərin onlara, yəni Cəfərli (Fərəcova) Ayşən Ramiz qızına, Abışova (Fərəcova) Hilalə Ramiz qızına və Bayramova (Fərəcova) Cəmilə Ramiz qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi Bayramova (Fərəcova) Cəmilə Ramiz qızı ərizələrini müdafiə etdi və izahatında göstərdi ki, ona və ailə üzvlərinə Torpağın Mülkiyyətə verilməsinə JN:188A saylı KOD 60700048 seriyalı Şəhadətnamə ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin Şəhadətnamədə o, Bayramova (Fərəcova) Cəmilə Ramiz qızı olduğu halda səhvən X1 (Fərəcova) Ayşən Ramiz qızı olduğu səhvən X3, Abışova (Fərəcova) Hilalə Ramiz qızı səhvən X2, kimi qeyd edilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin Şəhadətnamə ilə şəxsiyyət vəsiqələrinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X8, X5 və X6 adına verilmiş JN:188A saylı KOD 60700048 seriyalı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan qeydlərin ona, yəni Cəfərli (Fərəcova) Ayşən Ramiz qızına, Abışova (Fərəcova) Hilalə Ramiz qızına və Bayramova (Fərəcova) Cəmilə Ramiz qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər ərizəçi Cəfərli (Fərəcova) Ayşən Ramiz qızı və Abışova (Fərəcova) Hilalə Ramiz qızı məhkəmə iclasına gəlməmişlər. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin və digər ərizəçilərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» J JN:188A saylı KOD 60700048 saylı Şəhadətnamədən görünür ki, ərizəçi və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. X4 (Fərəcova) Cəmilə Ramiz qızı olduğu halda səhvən X1 (Fərəcova) Ayşən Ramiz qızı olduğu səhvən X3, Abışova (Fərəcova) Hilalə Ramiz qızı səhvən X2, kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Abışova (Fərəcova) Hilalə Ramiz qızı xx.xx.1993cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Cəfərli (Fərəcova) Ayşən Ramiz qızı xx.xx.1998-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Bayramova (Fərəcova) Cəmilə Ramiz qızı xx.xx.1996-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair» JN:188A saylı KOD 60700048 saylı Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. X4 (Fərəcova) Cəmilə Ramiz qızı olduğu halda səhvən X1 (Fərəcova) Ayşən Ramiz qızı olduğu səhvən X3, Abışova (Fərəcova) Hilalə Ramiz qızı səhvən X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X8, X5 və X6 adına verilmiş JN:188A saylı, KOD 60700048 seriyalı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan qeydlərin Cəfərli (Fərəcova) Ayşən Ramiz qızına, Abışova (Fərəcova) Hilalə Ramiz qızına və Bayramova (Fərəcova) Cəmilə Ramiz qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar