Məhkəmə qərarları › İş №2(020)-2290/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2290/2023

22.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2290/2023 22.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Abbasova (Əliyeva) Ülviyyə Əliş qızının iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Abbasova (Əliyeva) Ülviyyə Əliş qızı və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli, 82 saylı qərarına əsasən verilmiş Torpağa Mülkiyyət hüququna dair JN-0188, kod 60709038 nömrəli Dövlət Aktında olan qeydin X11 dəyişdirilərək X9, X5 dəyişdirilərək Abbasova (Əliyeva) Ülviyyə Əliş qızı kimi, Beyləqan rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998ci il tarixli, 11 saylı qərarına əsasən verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-053A, kod 60700048 olan Şəhadətnamədə olan qeydin X6 dəyişdirilərək X1 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi Abbasova (Əliyeva) Ülviyyə Əliş qızı ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, ona və ailə üzvlərinin mülkiyyətinə yaşadıqları Beylaqan rayonunun Yeni Mil qəsəbəsinin ərazisində yerləşən torpaq sahələrindən Beyləqan rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli, 82 saylı qərarına əsasən verilmiş Torpağa Mülkiyyət hüququna dair JN-0188, kod 60709038 nömrəli Dövlət Aktına əsasən 1.39 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi, Beyləqan rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarına əsasən verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-053A, kod 60700048 olan Şəhadətnaməyə əsasən isə 0.38 ha fərdi yaşayış evi tikilməsi üçün həyətyani torpaq sahəsi verilmişdir. X21 adı Abbasova (Əliyeva) Ülviyyə Əliş qızı olduğu halda X2 və xx.xx.2023-cü il tarixdə ölmüş mərhum qardaşı X18 olduğu halda isə yanlışlıqla X8 qeyd edilmişdir. Həmçinin Torpağın Mülkiyyətə verilməsinə dair JN-053A, kod 60700048 olan Şəhadətnamədə digər ərizəçi yəni bacısı Ərizəçi1 xx.xx.2011-ci ildə ölmüş mərhum əri X4 adı yanlışlıqla X3 qeyd edilmişdir. Hazırda onlar, həmin yanlışlıqla əlaqədar olaraq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli, 82 saylı qərarına əsasən verilmiş Torpağa Mülkiyyət hüququna dair JN-188, kod 60709038 nömrəli Dövlət Aktında olan qeydlərin yəni X11 dəyişdirilərək X15, X5 dəyişdirilərək Abbasova (Əliyeva) Ülviyyə Əliş qızına, Beyləqan rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarına əsasən verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-053A, kod 60700048 olan Şəhadətnamədə olan qeydin X6 dəyişdirilərək X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər ərizəçiyə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına digər ərizəçi gəlməmiş, maraqlı tərəf isə nümayəndəsini göndərməmişdir. Məhkəmə digər ərizəçinin və maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatın dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair JN-0188, kod 60709038 nömrəli Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 82 saylı qərarı ilə Beyləqan rayonu, Yeni Mil qəsəbəsi ərazisindən 1.39 ha pay torpaq sahəsi verilmişdir. X21 X18 oğlu yanlışlıqla X8, Abbasova (Əliyeva) Ülviyyə Əliş qızı yanlışlıqla X12 qızı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-053A, kod 60700048 olan Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarına əsasən Beyləqan rayonu, Yeni Mil qəsəbəsi ərazisindən 0.38 ha həyətyani torpaq torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-2290/2023 saylı qətnaməsinin surətindən görünür ki, X14 xx.xx.2001-ci il tarixdə ölməsi faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi1 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Yeni Mil qəsəbəsində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1999-cu il tarixli, 82 saylı qərarı ilə ərizəçi və onun ailə üzvlərinə 1.39 ha pay torpaq sahəsi və Beyləqan rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə isə 0.38 ha həyətyani torpaq sahəsi verilmişdir. Pay torpaq sahəsi JN-0188, kod 60709038 nömrəli Dövlət aktı ilə həyətyani torpaq sahəsi isə JN-053A, kod 60700048 nömrəli Şəhadətnamə ilə təsdiq edilmişdir. Tərtib olunmuş Dövlət aktında ərizəçi Abbasova (Əliyeva) Ülviyyə Əliş qızı yanlışlıqla X2, mərhum X18 isə yanlışlıqla X8, Şəhadətnamədə isə mərhum X10 yanlışlıqla X3 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Dövlət aktında və Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X12 və X11 adına verilmiş JN-0188, kod 60709038 nömrəli Dövlət Aktında olan qeydlərin Abbasova (Əliyeva) Ülviyyə Əliş qızına və xx.xx.2001-ci ildə ölmüş mərhum X15, X6 adına verilmiş JN-053A, kod 60700048 nömrəli Şəhadətnamədə olan qeydin isə xx.xx.2011-ci ildə ölmüş mərhum X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar