Məhkəmə qərarları › İş №2(020)-2332/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-2332/2023

12.12.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-2332/2023 12.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə teleqrama göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməldir. Məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflər arasında barışıq sazişi təsdiq edilə bilməz və ona görə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahlarından uşaqları olmamışdır. Onların arasında ümumi birgə mülkiyyətdə olan əmlak və sair mübahisə yoxdur və hər ikisi boşanmağa razıdır. Azərbaycan Respublikası Ailə Məcəllənin 17.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Göründüyü kimi tərəflərin arasında hər hansı bir mübahisə olmadığı halda onlar nikahın pozulması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, ər-arvad hər ikisi boşanmağa razı olduqlarına görə hazırkı məsələyə məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 261.0.1-cı maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni zamanda məhkəmə tərəflərə nikahın pozulması ilə bağlı Beyləqan rayon Qeydiyyat şöbəsinə müraciət etmək hüququnu izah edir. Məhkəmə hesab edir ki, hazırkı mülki işə məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1 və 263-264, 268-ci maddələrini təhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki iş məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilsin. Ərizəçi tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, hazırkı tələblə bağlı Beyləqan rayon Qeydiyyat şöbəsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar