Məhkəmə qərarları › İş №2(020)-237/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-237/2024

02.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-237/2024 02.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçilər- Ərizəçi1 və Abbasova (Əliyeva) Fəxriyyə Təhmiraz qızının iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Abbasova (Əliyeva) Fəxriyyə Təhmiraz qızı ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar islahat Komissiyasının 31 dekabr 1998-ci il tarixli 41 nömrəli qərarına əsasən Ərizəçi1 Nemət oğluna və X2 Beyləqan rayonu Eyvazalılar kəndində 0.22 ha həyətyanı torpaq sahəsi verilməsinə dair JN-391A KOD nömrəsi 60700108 olan şəhadətnamənin Ərizəçi1 və Abbasova (Əliyeva) Fəxriyyə Təhmiraz qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonun Eyvazalılar kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1998-ci il tarixli 41 nömrəli qərarına əsasən JN-391A KOD nömrəsi 60700108 olan şəhadətnamə ilə təsdiq edilmiş 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə o, Ərizəçi1 olduğu halda səhvən Ərizəçi1 Nemət oğlu kimi, Abbasova (Əliyeva) Fəxriyyə Təhmiraz qızı səhvən X1 qeyd edilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin Şəhadətnamə ilə şəxsiyyət vəsiqələrinin üst-üstə düşməməsi səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsinə müraciət edilmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Beyləqan rayon Aqrar islahat Komissiyasının 31 dekabr 1998-ci il tarixli 41 nömrəli qərarına əsasən Ərizəçi1 Nemət oğluna və X2 Beyləqan rayonu Eyvazalılar kəndində 0.22 ha həyətyanı torpaq sahəsi verilməsinə dair JN-391A KOD nömrəsi 60700108 olan şəhadətnamənin Ərizəçi1 və Abbasova (Əliyeva) Fəxriyyə Təhmiraz qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər ərizəçi Abbasova (Əliyeva) Fəxriyyə Təhmiraz qızı ərizəsini müdafiə etdi və ərizinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 391A KOD nömrəsi 60700108 olan Şəhadətnamədən görünür ki, ərziçilər və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1998-ci il tarixli 41 nömrəli qərarına əsasən 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi1 səhvən Ərizəçi1 Nemət oğlu kimi, Abbasova (Əliyeva) Fəxriyyə Təhmiraz qızı səhvən X1 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ərizəçi1 xx.xx.1960-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Abbasova (Əliyeva) Fəxriyyə Təhmiraz qızı xx.xx.1991-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2012-ci ildə X7 ilə ailə qurduqdan sonra Abbasova soyadını daşımışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin məktubundan görünür ki, ərizəçi «Torpağın mülkiyyətə verilməsinə dair JN-391A saylı Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçilərin mülkiyyətinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1998-ci il tarixli 41 nömrəli qərarına əsasən 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi1 səhvən Ərizəçi1 Nemət oğlu kimi, Abbasova (Əliyeva) Fəxriyyə Təhmiraz qızı səhvən X1 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçilər müvafiq sənədləşmə işləri apara bilmədiklərinə və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Beyləqan rayon Aqrar islahat Komissiyasının 31 dekabr 1998-ci il tarixli, 41 nömrəli qərarına əsasən Ərizəçi1 Nemət oğluna və X2 Beyləqan rayonu Eyvazalılar kəndində 0.22 ha həyətyanı torpaq sahəsi verilməsinə dair JN-391A KOD nömrəsi 60700108 olan şəhadətnamənin Ərizəçi1 və Abbasova (Əliyeva) Fəxriyyə Təhmiraz qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar