Məhkəmə qərarları › İş №2(020)-240/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-240/2024

14.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-240/2024 14.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin sədri Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Ərizəçı Ərizəçi, Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyanın nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi oğlu 3*.*6.199*-cı ildə anadan olmuş, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, yəni şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu oğlu 3*.*6.199*-cı ildə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəsini müdafiə etdi və göstərdi ki, X4 3*.*6.199*-cı il tarixdə onunla X7 birgə nikahdan Beyləqan rayonunun Əhmədli kəndində anadan doğulmuşdur, X4 anadangəlmə 1-ci dərəcəli əlildir. Belə ki, oğlu anadan gəlmə “Uşaq serebral iflici, tetraparatik formalı, əqli inkişafın yaşdan xeyli geri qalması” diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Uşaqlıqdan psixi və fiziki inkişafdan geri qalıb. Qeyri adekvat hərəkətlər edir. Onun xəstəliyi həkim tərəfindən tibbi dildə ağır dərəcəli əqli gerilik kimi qiymətləndirilir. Hal-hazırda oğlu özünü idarə edə bilmir, tez-tez onda qıcolmalar, ürək getmələr olur. Onun başqasının qulluğuna ehtiyacı vardır. Əmək qabiliyyətsizdir. İndiyənədək onun bütün qayğıları ilə anası kimi o məşğul olmuşdur. Hazırda tam fəaliyyət qabiliyyətsizdir. Ambulator və stosionar şəraitdə daimi olaraq müxtəlif xəstəxanalarda müalicələrdə olmuşdur. Hazırda o Allahşükürün bütün qayğıları ilə məşğul olduğundan onun qəyyumu olmaq istəyir. O, Allahşükürün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə işləri üzrə Komissiyasına müraciət etsə də ona bu barədə mütləq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də oğlu 3*.*6.199*-cı ildə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyanın nümayəndəsi Azər Quliyev məhkəmədə verdiyi izahatında göstərdi ki, X2 rayon X3 şöbəsinin ruhi-əsəb kabinetində “Uşaq serebral iflici, tetraparatik formalı, əqli inkişafın yaşdan xeyli geri qalması” diaqnozu ilə dispanser qeydiyyatındadır. X7 tam fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 3*.*6.199*-cı ildə anadan olmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 22 sentyabr 2*23-cü il tarixli arayışından gorunur ki, X8 “Uşaq serebral iflici, tetraparatik formalı, əqli inkişafın yaşdan xeyli geri qalması diaqnozu ilə İ qrup əlildi İş üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respuplikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinə göndərilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respuplikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi 12.*3.2*24-cü il tarixli, 688 saylı rəyindən görünür ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 dərin əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmaması onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. X6 “dərin əqli gerilik uşaq serebral iflici nəticəsində” qeyd olunur. X6 müəyyən edilən əqli gerilik anadangəlmə patologiyanın nəticəsidir. X1 fəaliyyət qabiliyyətinin olmaması işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 318.2-ci madəssinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin üz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 317, 318-321, 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu 3*.*6.199*-cı ildə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar