Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-261/2024 12.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Cabbarova (İbrahimova) Günay Sahib qızının iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Cabbarova (İbrahimova) Günay Sahib qızı ərizə ilə məhkəməyə müraciət edərək X2 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 saylı qərarına əsasən verilmiş JN-672A KOD 60711018 saylı Şəhadətnamədəki qeydin ona yəni Cabbarova (İbrahimova) Günay Sahib qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Cabbarova (İbrahimova) Günay Sahib qızı ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, yaşadığı Beyləqan rayonun Təzəkənd kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarı ilə ona və ailə üzvlərinə 0,30 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa dair JN-672A KOD 60711018 saylı Şəhadətnamə tərtib edilmişdir. Tərtib olunmuş Şəhadətnamədə o, səhvən X1 qeyd edilmişdir. Hazırda o, həmin yanlışlıqla əlaqədar olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmiş, oradan yanlışlığın aradan qaldırlması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, X2 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarına əsasən verilmiş JN-672A KOD 60711018 saylı Şəhadətnamədəki qeydin Ərizəçi məxsus olmasının müəyyən ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-1672A KOD 60711018 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin sürətindən görünür ki, ərizəçi və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarına əsasən 0,30 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, ərizəçi Cabbarova (İbrahimova) Günay Sahib qızı xx.xx.1989-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin Təzəkən kənd İƏD üzrə nümayəndəliyinin 25 dekabr 2023-cü il tarixli 814 saylı arayışından görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-672A KOD 60711018 saylı Şəhadətnamədə Ərizəçi səhvən X1 yazılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, ərizəçi JN-672A KOD 60711018 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqən ərazi idarəsinə müraciət etmiş, ona ərizəsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Beyləqan rayonun Təzəkənd kəndində torpaq sahələri islahata gedərkən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarı ilə Ərizəçi və onun ailə üzvlərinə 0,30 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-672A KOD 60711018 saylı Şəhadətnamə tərtib edilmişdir. Tərtib olunmuş Şəhadətnamədə Ərizəçi səhvən X1 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şəhadətnamədə göstərilən yanlışlıqlara görə ərizəçi müvafiq sənədləşmə işləri apara və həmin sənədi başqa cür əldə edə bilmədiklərinə görə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X2 adına Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 saylı qərarına əsasən verilmiş JN-672A KOD 60711018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki qeydin Cabbarova (İbrahimova) Günay Sahib qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-261/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-261/2024
12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver