Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-36/2024 04.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdi. İş baxılması üçün 04 mart 2024-cü il tarixə təyin olunaraq ərizəçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Buna baxmayaraq ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər və ya vəkalətli nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Həmçinin onlar gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Ərizəçiyə adı çəkilən Məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.*-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə ərizəçi və maraqlı şəxs məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərindən iddia baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş *00 (bir yüz) manat pul özünə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddianın baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan onu sürətyi rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-36/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-36/2024
04.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver